Accessibility links

"Kobra" əməliyyatı uğurla başa çatıb


Asya və Afrika ölkələri ilə Birləşmiş Ştatların polis, gömrük və qoruq-mühafizə xidmətlərinin rəsmiləri vəhşi heyvanların qeyri-qanuni ovlanması ilə məşğul olan mütəşəkkil cinayətkar qruplara qarşı keçirilən beynəlxalq əməliyyatın uğurla başa çatdığını bildirib.

Mətbuat üçün açıqlamada deyilir ki, yanvarın 6-dan fevralın 5-nə qədər keçirilən “Kobra” əməliyyatı vəhşi heyvanların geniş miqyasda qeyri-qanuni ovu ilə əlaqədar cinayətlərə dair təhqiqat məlumatlarının bölüşdürülməsi və hüquq-mühafizə orqanları arasında işin koordinasiya edilməsi istiqamətində aparılan ilk belə əməliyyatdır.

Rəsmilərin açıqlamasında deyilir ki, əməliyyat nəticəsində yüzlərlə adam həbs edilib, kökü kəsilməkdə olan müxtəlif heyvan və bitki nümunələri, habelə brakyonerlərə məxsus silah-sürsat müsadirə olunub.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG