Accessibility links

“Work and travel” proqramı çərçivəsində azərbaycanlı tələbələrə viza verilib


Bu, Dövlət Departamentinin tələbələrə yayda 3 ay ABŞ-da işləmək və yaşamaq imkanı verən ən məşhur mübadilə proqramlarından biridir.

ABŞ-ın Azərbaycandakı səfirliyində “Work and travel” proqramı çərçivəsində yayı Amerikada keçirəcək gənclərə ilk 11 J1 tələbə vizası verilib. Bu, Dövlət Departamentinin tələbələrə yayda 3 ay ərzində ABŞ-da işləmək və yaşamaq imkanı verən ən məşhur mübadilə proqramlarından biridir.
Amerika səfirliyinin məlumatına görə, ötən il 400 azərbaycanlı tələbə ABŞ-ı yaxından tanımaq, ingilis dili biliklərini təkmilləşdirmək, iki ölkə vətəndaşları arasında qarşılıqlı əlaqələr qurulmasına yardım etmək imkanı verən bu proqramdan yararlanıb.

“Azərbaycanlı tələbələr Amerikanın müxtəlif yerlərində yaşaya və işləyə bilərlər. Amma, əsas mədəni mübadilədir. Bu, azərbaycanlı tələbələrin Amerikanı tanıması və eyni zamanda amerikalıları Azərbaycanla tanış etməsi üçün gözəl imkandır”, - deyə ABŞ-ın Azərbaycanda müvəqqəti işlər vəkili Adam Sterlinq Amerika vizaları vurulmuş pasportları proqram iştirakçılarına təqdim edərkən bildirib.
Azərbaycanda bu proqram artıq 8 ildir ki, həyata keçirilir.

XS
SM
MD
LG