Accessibility links


Dünya ölkələrində QİÇS gününün qeyd edildiyi vaxt Afrikada xəstəliyə qarşı mübarizəyə dəstək və yardım göstərən təşkilatın rəhbəri İlana Landsberq Lüis Səhraaltı Afrika ölkələrində müvəffəq mübarizə kampaniyasının aparılmasına baxmayaraq, ciddi sınaqların da olduğunu bildirib.

Amerikanın səsinə müsahibədə Stiven Lüis Fondunun başçısı xəstəliyə tutulanlara yardım göstərilməsi işində uğurları qeyd edib, lakin regionda xəstəliyin müalicəsi üçün kifayət qədər maliyyə fondlarının olmaması kimi bir sıra problemləri göstərib. O, problemlər arasında həmçinin regionda QİÇS xəstəliyi ilə bağlı formalaşmış mənfi fikirləri də qeyd edib.

BMT-nin QİÇS və onun virusu olan HİV-ə dair proqramı olan UNAİDS Afrikanın 25 ölkəsində xəstəliyə yeni tutulanlarının sayının 50 faiz azaldığını bildirib. UNAİDS-in verdiyi məlumata görə, 2011-ci ildə dünyada HİV virusunu daşıyan 34 milyon insanın böyük hissəsi Afrikanın Böyük Səhraaltı bölgəsində yaşayır. Bu regionda hər 20 nəfərdən biri HİV virusunun daşıyıcısıdır. Bununla belə son altı ildə QİÇS səbəbi ilə ölüm hallarının üçdə bir dəfə azaldığı bildirilir.
XS
SM
MD
LG