Accessibility links

Xərcəng xəstəliyinə qarşı mübarizə günü qeyd olundu


Xərçəng dünyada ölümə səbəb olan əsas xəstəliklərdən biridir. Ümumdünya Səhiyyə Təşkilatının bildirdiyinə əsasən 2008-ci ildə xərçəng xəstəliyi 7,6 milyon insanın ölümünə səbəb olub və hər il xərçəng xəstəliyi ilə bağlı təxminən 13 milyon yeni hal aşkar edilir.

Ümumdünya Səhiyyə Təşkilatı bildirir ki, yeni xəstəlik və ölüm hallarının üçdə ikisi inkişaf etməkdə olan ölkələrin payına düşür və bu hal narahat doğuracaq bir səviyyədə artmağa davam edir.

Ümumdünya Səhiyyə Təşkilatının xroniki xəstəliklər və sağlamlığın möhkəmləndirilməsi şöbəsində tibbi mütəxəssis Andreas Ulriç gələcəyin ümidverici olmadığını deyir: “Əhalinin yaşlanmasını və tütün kimi əsas riskli faktorları nəzərə almaqla gələcək 20 ildə xəstəliyin yeni hallarının iki dəfə artacağını gözləyirik. Biz bilirik ki, fiziki hərəkətsizlik, artıq çəki, tütün və spitli içkilərdən istifadə xərçəng xəstəliyinə səbəb olan əsas riskli faktorlardır. Beləliklə, dünyanın inkişaf etməkdə olan ölkələrdə böyük şəhərlərə yaxın ərazilərdə xərçəng xəstəliyinin artacağı gözlənilir.”

Ulriçin sözlərinə görə, xərçəng xəstəliyi ölüm hökmü demək deyil. O qeyd edir ki, insanların üçdə biri ölüm hallarının qarşısını həyat tərzlərini dəyişdirərək ala bilərlər. Tütün və spirtli içkilərdən ifrat istifadə edilməsi kimi alışqanlığı dəyişdirib, sağlam qidalanmaq və artıq çəkinin qarşısını almaq üçün idman etməklə insanlar həyatlarını xilas edə bilər. O, xərçəng xəstəliklərinin bəzi növlərinin peyvəndlə qarşısının alına biləcəyini qeyd edir.

185 ölkədə keçirilmiş sorğunun nəticələri xərçəng xəstəliyi ilə mübarizə və tibbi xidmət sahələrində ciddi boşluğun olduğunu göstərir.

Sorğunun nəticələrinə əsasən, Afrika ölkələrinin yalnız 17 faizi, əhalinin gəlirləri aşağı olan ölkələrin isə 27 faizində xərçəng xəstəliyinin qarşısının alınması, xəstəliyin aşkar edilməsi, müalicəsi və xəstələrə kömək edilməsi üçün planlar mövcuddur. Lakin bu ölkələrinin heç biri bu planların həyata keçirilməsi üçün maliyyə dəstəyinə malik deyil.
XS
SM
MD
LG