Accessibility links

Co Bayden: ABŞ komandasının İngiltərə üzərində qələbə çalacağına inanıram


ABŞ-ın vitse-prezidenti Co Bayden futbol üzrə dünya çempionatının açılışında tədbirdə iştirak edə bilməyən prezident Barak Obamanın yerinə Birləşmiş Ştatları təmsil edir

Birləşmiş Ştatların vitse-prezidenti Co Bayden deyib ki, o, şənbə günü futbol üzrə dünya çempionatında ABŞ yığmasının İngiltərə komandası üzərinə qələbə çalacağını düşünür.

Vitse-prezident bunları bu gün Yohannesburqda ABŞ-ın konsulluğunda qəbul zamanı deyib. Co Bayden futbol üzrə dünya çempionatının açılışında tədbirdə iştirak edə bilməyən prezident Barak Obamanın yerinə Birləşmiş Ştatları təmsil edir.

Bayden həmçinin dünya kuboku uğrunda çempionata ilk dəfə Afrika qitəsində ev sahibliyi edən Cənubi Afrikanı bu münasibətlə təbrik edib və bunu həqiqətən də tarixi bir hadisə adlandırıb.

Bayden bu gün çempionatın açılış mərasimi və Cənubi Afrika və Meksika arasında oyunu izləyib. O, sabah ABŞ və İngiltərə milli yığma komandaları arasında matça tamaşa edəcək.

Bu, cənab Baydenin Afrikanın üç ölkəsinə səfərinin sonuncu dayanacağıdır. Bundan öncə ABŞ-ın vitse-prezidenti Keniya və Misirdə olub.

XS
SM
MD
LG