Accessibility links

Hər 4 ildən bir bir çox oyunçu futbol üzrə Dünya Çempionatında gözəl oyun göstərdikdən sonra böyük pullar müqabilində güclü klublara transfer olunurlar. Bu ildə istisna deyil. Bu ilki namizədlərin siyahısını sizə təqdim edirik:

Hames Rodrigez (Kolumbiya)

Dünya Çempionatında Messi və Ronaldonu üstələməyə müvəffəq olan Hames 5 oyunda 6 qolla yadda qaldı. İspan qəzetinin yazdığına görə, hazırda Monakonun oyunçusu olan Rodrigez, 107 milyon dollara Real Madridə satılacaq.

Toni Kruz (Almaniya)

24 yaşlı futbolçu Dünya Çempionatının 2 qol və 4 məhsuldar ötürmə ilə başa vurdu. Finalda qələbəni qeyd edəndən cəmi 3 gün sonra Bayern Münih onu Real Madridə 34 milyon dollara satdı.

DeAndre Yedlin (ABŞ)

Hazırda Sietl Soundersdə oynayan 21 yaşlı Yedlin ABŞ komandasının kapitanı Klint Dempsidən nə az, nə çox - düz 72 dəfə az maaş alır - 92 min dollar. Ancaq dünya çempionatında göstərdiyi oyundan sonra klubu Yedlinə 6.5 milyon dollar pul qoyub və artıq İtaliyanın Roma klubu onu almağı planlaşdırır.

Matt Besler (ABŞ)

Hazırda Sporting Kanzas City-də oynayan 27 yaşlı futbolçunun hazırki gəliri 200 min dollardır. Dünya Çempionatında göstərdiyi oyundan sonra müdafiəçinin Fulham və ya Sunderlandə transfer olunacağı gözlənilir.

Enner Valensiya (Ecuador)

Hücumçuların qol qıtlığı ilə yadda qalan bu Dünya Çempionatında Valensiya ən çox qol vuranlar siyahısında yer alan nadir hücumçulardandır. O, 3 oyuna 3 qol vurub. Çempionatdan əvvək Meksikanın Paçuca klubunda oynayan ekvadorlu futbolçu 20 milyon dollara Vest Hama transfer olub.

Divok Origi (Belçika)

Dünya Çempionatına əvəzedici heyətdə başlayan Origi iki oyundan sonra əsas heyətin daimi üzvünə çevrildi. Rusiyaya qarşı qələbə qolunu vuranda isə diqqətlər onun üzərinə yönəldi. 19 yaşlı futbolçu keçən mövsümü Fransanın Lil klubundan keçirib. Gəzən söhbətlərə görə Liverpul onu Luiz Suarez boşluğunu doldurmaq üçün almağı planlaşdırır.

Keylor Navas (Kosta Rika)

Bu qapıçının adı hələ uzun illər Dünya Çempionatları tarixində qalacaq. Onun sayəsində 1/4 finaladək yüksələn Kosta Rika çempionat ərzində cəmi iki qol buraxıb. Keçən mövsümü Levantedə keçirən oyunçu 13 milyon dollara Real Madridə transfer olub.

Memfis Depay (Hollandiya)

Baxımlı oyunu ilə Hollandiyanın yarım-finaladək yüksəlməsində böyük pay sahiblərindən olan Depayla Premyer Liqa klubları yaxından maraqlanır. HƏlə ki PSV Eindhoven üzvü olan futbolçunun transferinin yaxın günlərdə baş tutacağı ehtimal olunur.

Paul Pogba (Fransa)

Fransız yarımmüdafiəçi Braziliyada özünü yaxşı tərəfdən göstərməyə müvəffəq oldu. İngiltərə mətbuatının məlumatına görə, onun 102 milyon dollara Mançester Sitiyə transfer olunacağı istisna deyil.

  • 16x9 Image

    Emil Quliyev

    Amerikanın Səsində 2007-ci ildən fəaliyyət göstərir. "Amerikana" proqramının təsisçisi və aparıcısı, "Amerika İcmalı" həftəlik televiziya proqramının baş prodüseridir.  Çoxsaylı siyasi, sosial və analitik müsahibə və reportajların müəllifidir.

XS
SM
MD
LG