Accessibility links

Barak Obama 11 sentyabr terror aksiyalarında həlak olanların anım mərasimlərinə qatılıb

President Barack Obama, first lady Michelle Obama, Vice President Joe Biden, and others, stand on the South Lawn of the White House in Washington, as they observe a moment of silence to mark the 13th anniversary of the 9/11 attacks.

ABŞ prezidenti Barak Obama 11 sentyabr terror aksiyalarının13-cü ildönümünə həsr edilmiş iki mərasimdə iştirak edib.

Cənab Obama ilə yanaşı Mişel Obama və vitse-prezident Co Bayden Ağ Evin qarşısında sərnişin təyyarəsinin Nyu-Yorkda ticarət mərkəzi yerləşən qoşa göydələnlərə dəyməsi nəticəsində həlak olanların xatirəsini bir anlıq sükutla anıb.

Prezident və onun xanımı daha sonra üçüncü təyyarənin düşməsi nəticəsində yüzlərlələ insanın həlak olduğu Pentaqondakı mərasimdə iştirak edib.

Mərasimlər Obamanın İraq və Suriyada İslam Dövləti yaraqlılarına qarşı mübarizə strategiyasını açıqlamasından bir neçə saat sonra keçirilib.

Nyu-Yorkda Dünya Ticarət Mərkəzinin uçması zamanı sağ qalanlar ən-ənəvi olaraq terror hadisəsində həlak olmuş təxminən 3000 insanın xatirəsini onların adlarını oxumaqla anılıb.

Bu, 11 sentyabr muzeyinın açılışından sonra keçirilən ilk mərasimdir.

XS
SM
MD
LG