Accessibility links

Dünya Çempionatı xəbərləri


Yeni Zelandiya ilə Slovakiya 1-1 hesabılə heç-heçə oynayıb. Portuqaliyanın Fil Dişi Sahili komandasını sınağa çəkdiyi ikinci oyunda isə hesab açılmayıb: 0-0.

Dünya Çempionatı çərçivəsində bu gün iki oyun keçirilib. Günün açılış oyununda Yeni Zelandiya ilə Slovakiya 1-1 hesabılə heç-heçə oynayıb. Portuqaliyanın Fil Dişi Sahili komandasını sınağa çəkdiyi ikinci oyunda isə hesab açılmayıb: 0-0.

Dünya Çempionatında favoritlərdən sayılan İtaliya milli komandasının qapıçısı Cianluici Buffon Paraqvayla keçirilən oyunda ciddi zədə alıb. Komandanın həkimi Enriko Kastellakkinin sözlərinə görə, bel nahiyyəsindən zədə alan Buffon dünya çempionatında İtaliya yığmasının keçirəcəyi digər oyunlardan kənarda qala bilər.

Bu arada Cənubi Afrika rəsmiləri deyir ki, Dünya Çempionatının keçirildiyi stadionların mühafizəçilərinin kütləvi tətili turnirin təhlükəsizliyin təşkilinə təsir etməyəcək. Hökumət sözçüsü Temba Maseka bu gün jurnalistlərinə açıqlamasında polislərin lazım olacağı təqdirdə təhlükəsizlik tədbirlərinə cəlb olunacağını deyib.

BBC bildirib ki, telekanal Dünya çempionatının yayımında Vuvuzela şeypurlarının səsini filter edə bilər. BBC tamaşaçılarından 545 şikayət aldıqlarının bildirib.

XS
SM
MD
LG