Accessibility links

Dünya futbol çempionatı İspaniyanın qələbəsi ilə başa çatdı


Dünya futbol çempionatı İspaniyanın qələbəsi ilə başa çatdı

Dünya futbol çempionatı İspaniyanın qələbəsi ilə başa çatdı

Bazar günü final matçındakı qələbəsi ilə İspaniya tarixində birinci dəfə dünya çempionu adını qazandı.

Dünya futbol çempionatı İspaniyanın qələbəsi ilə başa çatdı. Cənubi Afrika Respublikasında keçirilən 19-cu dünya futbol çempionatının final matçında İspaniya milli komandası 1:0 hesabı ilə Hollandiya milli komandasına qalib gəldi. Bazar günü final matçındakı qələbəsi ilə İspaniya tarixində birinci dəfə dünya çempionu adını qazandı. Hollandiya isə bununla üçüncü dəfədir ki, dünya futbol çempionatında final matçında məğlub olur. İspaniyanın qolunu Andres İniyesta 116-cı dəqiqədə vurdu. İspaniya dünya futbol çempionu titulunu qazanan 8-ci ölkədir.

XS
SM
MD
LG