Accessibility links

Ağ Evin yüksək səviyyəli rəsmisi Çini ABŞ-Çin əlaqələrinə xələl gətirə biləcək kiber cinayətləri dayandırmaq üçün ciddi addımlar atmağa çağırıb.

Milli Təhlükəsizlik məsələləri üzrə müşavir Tom Donilon Çini yaranan problemin ciddiliyini qəbul etməyə və ABŞ-la kiber məkanda münasib davranışa dair danışiqlarda iştirak etməyə səsləyib.

Çinin xarici işlər nazirliyinin sözcüsü Hu Çunyinq Pekinin danışıqlara açıq olduğunu, ancaq Çinin özünün də kiber cinayətlərinin qurbanı olub, bu cinayətkarları törətmədiyini deyib.

ABŞ-in bir neçə texnologiya şirkəti - Apple, Facebook və Twitter bu ilin əvvəllərində hücuma məruz qalıb. The New York Times, Wall Street Journal və Washington Post qəzetləri də Çin hakerlərinin hücumuna məruz qaldığını bildirib.
XS
SM
MD
LG