Accessibility links

Xalid Bağırov: Azərbaycanda cinayətkarlıqla mübarizə konsepsiyası yoxdur [Video]


Xalid Bağırov: Azərbaycanda cinayətkarlıqla mübarizə konsepsiyası yoxdur
please wait

No media source currently available

0:00 0:07:27 0:00

Hüquqşünas Xalid Bağırovun Amerikanın Səsinə müsahibəsi

Hüquqşünas Xalid Bağırov Amerikanın Səsinə müsahibəsində Azərbaycan prezidenti İlham Əliyevin ötən həftə cəza sisteminin humanistləşdirilməsi və Probasiya Xidməti yaradılması haqqında imzaladığı sərəncam, sənədin effektivliyi və problemlərdən danışıb.

Amerikanın Səsi: Azərbaycan prezidenti cəza sisteminin humanistləşdirilməsi və Probasiya Xidməti yaradılması haqqında sərəncam imzalayıb. Bu sənəd ədliyyə və hüquq sistemində hansı yeni münasibətlər yaradacaq?

Əslində araşdırılmalı idi ki, - niyə cəzaçəkmə müəssisələrində, şəxslərin saxlanma yerlərində insanların sayı artmağa başlayıb? Bu problemin kökü araşdırılmayınca, aradan qaldırılmayınca islahatların ciddi effektliliyini gözləməyə dəyməz.

Xalid Bağırov: İstənilən islahat aparılmazdan əvvəl həmin sferadakı problemlər düzgün təsbit edilməlidir. Prezidentin sərəncamından göründüyü kimi, özlərinin qeyd etdiyi kimi, apardıqları araşdırma nəticəsində müəyyən olunub ki, cəzaçəkmə müəssisələrində ciddi şəkildə məhkum çoxalması əmələ gəlib. Bunun nəticəsi olaraq bu islahatlara gedirlər.

Hesab edirəm ki, bu cür təsbit tam təsbit deyil. Bu sadəcə problemin görünən tərəfinin təsbitidir. Amma, səbəblərin təsbiti deyil. Səbəblərin təsbiti olmayan sənədin nə qədər effekt verəcəyinə kifayət qədər inancım yoxdur. Yəni, əslində araşdırılmalı idi ki, - niyə cəzaçəkmə müəssisələrində, şəxslərin saxlanma yerlərində insanların sayı artmağa başlayıb? Bu problemin kökü araşdırılmayınca, aradan qaldırılmayınca islahatların ciddi effektliliyini gözləməyə dəyməz.

Amerikanın Səsi: Sərəncamda Penitensiar xidmətin və bütövlükdə cəzaların icrası ilə bağlı fəaliyyətin müasir dövrün tələblərinə uyğun qurulması və səmərəli idarəetmənin təşkili də əksini tapıb. Fikrinizcə, Azərbaycanda kompleks məhkəmə-hüquq islahatlarının dərinləşməsi üçün hansı addımlar atılmalıdır?

1994-cü ildə bundan öncəki prezident Heydər Əliyev tərəfindən xüsusi sərəncam imzalanıb ki, cinayətkarlıqla mübarizə konsepsiyası hazırlansın. Üstündən 23 il vaxt keçir, bu günəqədər cinayətkarlıqla mübarizə konsepsiyası olmadığına görə cinayətkarlıqla effektiv mübarizə getmir.

Xalid Bağırov: Qeyd edim ki, ilk öncə Azərbaycanda cinayətkarlıqla mübarizə konsepsiyası yoxdur. Bu, səbəblərdən biridir. Bunun nəticəsi nədən ibarətdir ? Baxın hələ 1994-cü ildə bundan öncəki prezident Heydər Əliyev tərəfindən xüsusi sərəncam imzalanıb və Daxiili İşlər Nazirliyinə , Baş Prokurorluğa, Milli Təhlükəsizlik Nazirliyinə (o vaxtki qurum olaraq) tapşırıq verilib ki, cinayətkarlıqla mübarizə konsepsiyalarını hazırlayıb təsdiq üçün prezidentə təqdim etsinlər. Üstündən 23 il vaxt keçir, bu günəqədər cinayətkarlıqla mübarizə konsepsiyası olmadığına görə cinayətkarlıqla effektiv mübarizə getmir.

Bilirsiniz, cinayətkarlıqla mübarizə 2 əsas istiqamətdə aparılmalıdır. Cinayətkarlığı yaradan sosial səbəbləri aradan qaldırılması, buna kriminoloji əsaslar deyirlər, bir də cinayətlə, fakitiki baş vermiş cinayətlə mübarizə aparılması. Bizdə bütün hüquq mühafizə strukturları yalnız cinayətlərlə mübarizə aparılmasına kökləndiyi halda cinayətkarlığı yaradan səbəbləri aradan qaldırılması ilə bağlı heç bir mübarizə yoxdur. Çünki dediyim kimi, konsepsiyası hazırlanıb qəbul olunmayıb. Bax, bu səbəbdən Azərbaycanda hər hansı bir cinayətin kökü kəsildi deyə bir ifadə, bir fəlsəfə, bir yanaşmadan danışmaq mümkün deyil. Çünki cinayətkarlığın səbəbləri yerindədi və həmin cinayətkarlıq artmaqdadır. Ikinci böyük səbəb ki, hansı ki, cəzaçəkmə müəssisələrində şəxslərin artmasına gətirib çıxarır, bu səbəb Azərbaycan məhkəmə hakimiyyətinin müstəqilliyi problemidir.

Burada, məhkəmələr müstəqil olanda tərəflər arasındakı problem çözülür. Lakin məhkəmələr prokurorluq orqanlarından asılı olanda qərarların əsasən hansı yüklü olur? Ağır cəzalar meydana gəlir, həbslər meydana gəlir. Hər törədilən cinayət sanksiyaya gedəndə həbsdir. Alternativ vasitələr araşdırılmır. Prezident sərəncamında təklif edir ki, gəlin alterantiv qətimkan tədbiri məsələsinə baxaq. Alterantiv qətimkan tədbiri məsələsi qanunvericilikdə nəzərdə tutulmayıbmı? Tutulub. Bəs niyə indiyə kimi tətbiq olunmur? Məsələn, girov. Eşitmisinizmi, kimisə həbs qətimkan tədbirini girovla əvəz edib buraxırlar? Yoxdur. Tətbiq olunmur.

Amerikanın Səsi: Prezident ibtidai istintaq və məhkəmə icraatı zamanı böyük ictimai təhlükə törətməyən və az ağır, o cümlədən, iqtisadi fəaliyyət sahəsində cinayətlərə görə həbs qətimkan tədbirinin geniş tətbiq edilməsi, habelə həmin cinayətlərə görə azadlıqdan məhrum etmənin əleyhinədir. Bununla yanaşı, ekspertlər parlamentin son illərdə qəbul etdiyi qanunlarda cəzaların daha ağırlaşdırıldığını bildirir. Sizcə, bu əksiliklərin aradan qaldırılması üçün nə edilməlidir?

İqtisadi cinayətkarlığın artıdığı dönəmdə iqtisadi cinayətkarlığın dekriminallaşdırılması təklif olunur. Bu kifayət qədər absurd təklifdir. Bu, problemin həlli deyil.

Xalid Bağırov: Mən sərəncamdan irəli gələrək bir şeyi qeyd edim ki, qanunvericilik islahatları aparılmasını prezident tövsiyyə edir. Bu günə qədər gördüyümüz o idi ki, hətta inzibatı xətalara görə cəzaların artırılması tendensiyası var idi. Məsələn, əvvəllər inzibatı xətalara görə maksimum 10-15 sutka nəzərdə tutulurdusa, indi artıq cəzanı 2-3 aya qədər qaldırıblar.

Azərbaycanda iqtisadi problemlər baş qaldırıb, belə dönəmdə iqtisadi cinayətkarlıq artmağa başlayıb. Amma, prezident təklif edir ki, iqtisadi cinayətkarlıq dekriminallaşdırılsın. İqtisadi cinayətkarlığın artıdığı dönəmdə iqtisadi cinayətkarlığın dekriminallaşdırılması təklif olunur. Bu kifayət qədər absurd təklifdir. Bu, problemin həlli deyil. Bu ona gətirib çıxaracaq ki, bir çox mənimsəmə, oğurluq halları cəzasız qalacaq.

Amerikanın Səsi: Fikrinizcə, Probasiya Xidməti necə təşkil edilməlidir. Bu ximdətin əhəmiyyətini nədə görürsünüz?

Zatən məhkəmə qərarlarının icrasında problemlər var idi. Bu problemləri aradan qaldıracaq yeni xidmətin yaradılması ilə bağlı nəsə demək olmaz. Buna vaxt lazımdır.

Xalid Bağırov: Bilirsiniz, məhkəmə qərarlarının icrası ilə Azərbaycanda Ədliyyə Nazirliyinin iki strukturu məşğuldur. Biri Penitensiar Xidmət, ikincisi Məhkəmə Qərarlarının İcrası şöbəsi. Bu gün probasiya xidməti yaratmaqla, bu cinayət işləri üzrə azadlıqdan məhrum etmə olmayan cəzaların icrasını həyata keçirəcək ayrıca bir struktur yaratmağa çalışırlar. Düşünürəm ki, bu xidmət sırf yenidir. Bir çox ölkələrdə tətbiq olunur. Zatən məhkəmə qərarlarının icrasında problemlər var idi. Bu problemləri aradan qaldıracaq yeni xidmətin yaradılması ilə bağlı nəsə demək olmaz. Buna vaxt lazımdır. Amma, bəzən görürük ki, yeni stukturların yaradılması problemin həlli ilə məşğul olmur, əksinə əlavə bürokratik korrupsiya mənbələri yaradır.

İndi Probasiya xidməti ilə bağlı öncə görənlik eləmədən sadəcə deyək ki, belə bir fəsadlar ola bilər.

Dünyaya Baxış

Dünyaya Baxış.Qubad Ibadoğlu ev dustaqlığına buraxılıb
please wait

No media source currently available

0:00 0:11:22 0:00
XS
SM
MD
LG