Accessibility links

Xalid Bağırov vəkillikdən uzaqlaşdırılır [Video]


Xalid Bağırovun İlqar Məmmədovun məhkəməsindəki çıxışını əsas gətirərək qərar qəbul edilib

Dekabrın 10-da Azərbaycan Vəkillər Kollegiyası vəkil Xalid Bağırovun vəkilliyinə xitam verilməsi ilə bağlı məhkəməyə müraciət edib və məhkəməyədək Bağırovun vəkillik fəaliyyətinin dayandırılması barədə qərar qəbul edib.

Xalid Bağırov Amerikanın Səsinə bildirib ki, Vəkillər Kollegiyasının qəraraına səbəb REAL Hərəkatının lideri İlqar Məmmədovun şikayəti üzrə Şəki Apellyasiya Məhkəməsində çıxışı səbəb olub. “Mən məhkəmədə çıxışımda demişəm ki, Azərbaycanda ədalər olsa idi belə qərəzli hökm olmazdı və Rəşid Hüseynov hakim işləməzdi. Vəkillər Kollefiyası mənim bu sözlərimə istinad edərək qərar çıxardı”, o qedy edib.

Xalid Bağırov bu gündən araşdırmaçı jurnalist Xədicə İsmayılın hüuqlarını müdafiə etməyə hazırlaşırdı.

İlqar Məmmədov Amnesty İnternational tərəfindən “vicdan məhbusu” elan edilib. O, 2013-cü il prezident seçkiləri ilində İsmayıllıda baş vermiş etirazlarla bağlı 7 il azadlıqdan məhrum edilib.

İlqar Məmmədov özünü təqsirli saymır və həbsini siyasi sifariş adlandırır.

Xalid Bağırov ölkədə tanınmış vəkillərdəndıir. O çoxsaylı siyasi məhbusların vəkilidir. Siyasi və vicdan məhbusu kimi tanınan İlqar Məmmədov, Leyla Yunus, Hilal Məmmədov, Əbdül Əbilov, NİDA-ıçılar və digər çoxsaylı insanların hüquqlarını müdafiə edir.

Bağırovun vəkillik fəaliyyəti 2011-ci ildə də bir il müddətinə dayandırılıb. Bu polis tərəfindən öldürüldüyü iddia olunan Elvin Əsgərovun işini müdafiə etdikdən sonra baş vermişdi.

XS
SM
MD
LG