Accessibility links

Xalid Ağalıyev: Azərbaycan Avropa Məhkəməsinin qərarlarının yalnız kompensasiya hissəsini yerinə yetirir [ Video-müsahibə]


Xalid Ağalıyev: Azərbaycan Avropa Məhkəməsinin qərarlarının yalnız kompensasiya hissəsini yerinə yetirir
please wait

No media source currently available

0:00 0:04:53 0:00

Media Hüququ İnstitutunun koordinatoru Xalid Ağalıyevin Amerikanın Səsinə müsahibəsi

Media Hüququ İnstitutunun koordinatoru Xalid Ağalıyev Amerikanın Səsinə müsahibəsində Azərbaycanda Avropa İnsan Hüquqları Məhkəməsinin (AİHM) qərarlarının və prezident İlham Əliyevin imzaladığı “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı”nın yerinə yetirilmə vəziyyətindən danışıb.

Onun sözlərinə görə Media Hüququ İnstitutu 2014-cü ilin mayınadək Avropa Məhkəməsinin Azərbaycana qarşı çıxardığı və Avropa Şurası Nazirlər Komitəsinin nəzarət etdiyi qərarların icrası durumunun analizini əhatə edən hesabat hazırlayıb. Sənəddə eyni zamanda, Avropa Məhkəməsi qərarlarının icrası üçün milli və beynəlxalq nəzarət mexanizmi, o cümlədən qərarların icrası üçün zəruri olan tövsiyələr yer alıb.

“İndiyədək Avropa Məhkəməsi Azərbaycana qarşı yüzdən çox qərara qəbul edib və ya şikayətlər baxılma mərhələsindədir. Qərarların əksəriyyəti ədalətsiz məhkəmə qərarları ilə bağlıdır”.

Ağalıyev deyib ki, 2014-cü ilin yanvarınadək Azərbaycandan AİHM-ə 1463 şikayət göndərilib.

Hesabatda Avropa Məhkəməsinin yaşamaq hüququ, işgəncəyə məruz qalmamaq hüququ, azadlıq və təhlükəsizlik hüququ, ədalətli məhkəmə araşdırması hüququ, ifadə azadlığı, toplaşmaq və birləşmək azadlığı, mülkiyyət hüququ, seçki hüququ ilə bağlı icraya yönələn qərarları təhlil olunub.

“Bir çox qərarlar problemlərin qanunvericilikdən və ya qanunvericiliyin tətbiqi təcrübəsindən irəli gəldiyini göstərir. Eyni zamanda bir çox qərarlar bir-birini təkrarlayır və bu tip işlərin icra durumu onu göstərir ki, dövlət sistemdəki problemləri aradan qaldırmağa elə də ciddi səylər göstərmir. Kompensasiyaların təyin olunduğu bir çox işlərdə sadəcə, kompensasiyanı ödəməklə ədalət bərpa olunmur. Ədalətin bərpası daha geniş anlayışdır”.

Koordinator deyib ki, hesabatda icra olunmayan işlərlə bağlı məlumat var. “Ümumiyyətlə Avropa Məhkəməsi qərarlarının icrası iki tip tədbirləri nəzərdə tutur: xüsusi və ümumi tədbirlər. Xüsusi tədbirlərə kompensasiya, işdən asılı olaraq onun yenidən araşdırılması aiddir. Azərbaycanda adətən kompensasiyaların ödənilməsi ilə bağlı problemlər olmur. Amma Avropa məhkəməsinin qərarından sonra işin yenidən araşdırılmasında ərizəçilərin narahatlıqları qalmaqda davam edir.

Məsələn, Avropa Məhkəməsinin qərarından sonra aparılan daxili araşdırmaların Əli İnsanovla bağlı qərarda tanınmış pozuntuların aradan qaldırılması ilə bağlı narahatlıqlar var və bu məsələ Nazirlər Komitəsinin nəzarətindədir. Eyni narahatlıqlar Hüseyn və başqaları Azərbaycana qarşı işində yaşanmaqdadır. AİHM-in Azərbaycanla bağlı qərarlarının presedent olaraq milli məhkəmələrdə tətbiqində də ciddi narahatlıqlar var.

Məsələn, AİHM Akif Muradverdiyev, Qənimət Zahid işlərində tanınmış ictimai-siyasi xadimlərin məhkəməyəqədər həbsdə saxlanmasının pozuntu olduğunu tanıyıb. Ancaq yerli məhkəmə təcrübəsi dəyişmir. Heç bir ictimai-siyasi fəalın işində bu təcrübə tətbiq edilməyib, istər Əvəz Zeynallı, istər Anar Məmmədli, istərsə də İlqar Məmmədov, Tofiq Yaqublu məhkəməyə qədər zəruri əsaslandırma olmadan həbsdə saxlanılıblar. Akif Muradverdiyev barədə isə qərara ümumiyyətlə əməl edilməyib. Avropa Məhkəməsinin qəraraı olduğu halda o ikinci dəfə də məhkəməyə qədər həbsdə saxladı”.

O hesab edir ki, Azərbaycanın Avropa Şurası Nazirlər Komitəsində sədrliyinin Avropa Məhkəməsinin qərarlarının icrasına ciddi müsbət təsir etməsi sual altındadır. ”Sədrliyə başlayarkən Azərbaycan prioritet kimi üç əsas məsələ - insan haqları, hüququn aliliyi və demokratiya ilə bağlı Avropa Şurasının vəzifə, öhdəliklərinə əməl olunması, inkişaf etdirilməsi yolunda çalışacağına söz verib. Normal halda dövlət ən azı öz nüfuzunun qayğısına qalıb daha məsuliyyətli davrana bilər”.

Ekspert ölkənin “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı”nı da yerinə yetirmədiyini bildirib.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG