Accessibility links

Məhkəmə jurnalisti həbsdə saxlayıb


Faiq Qarayev (Foto Faiq Qarayevin Facebook səhifəsindən götürülüb)

Faiq Qarayev (Foto Faiq Qarayevin Facebook səhifəsindən götürülüb)

Noyabrın 6-da Bakı Apellyasiya Məhkəməsi “Azadlıq” qəzetinin jurnalisti və “Azərbaycan saatı” on-line televiziya verilişinin əməkdaşı Xalid Qarayevin inzibati həbsindən verdiyi şikayəti təmin etməyib. Bu barədə vəkil Bəhruz Bayramov bildirib.

Onun sözlərinə görə, məhkəmə obyektiv təhqiqat aparmayıb.

Xatırladaq ki, oktyabrın 30-da Binəqədi rayon Məhkəməsi Qarayevi İnzibati Xətalar Məcəlləsinin 296 (kiçik xuliqanlıq) və 310.1-ci (polisə tabe olmama) maddələri ilə təqsirli bilərək 25 gün müddətinə həbs edib. Guya o, küçədə ünvansız və senzuradan kənar söyüş söyüb.

Qarayev ittihamın saxta, siyasi motivli, peşə fəaliyyəti və fəal vətəndaş mövqeyi ilə bağlı olduğu qənaətindədir.

XS
SM
MD
LG