Accessibility links

Xalid Qarayev: Həbsim Azadlıq qəzetində, sosial şəbəkələrdə və AXCP-dəki fəaliyyətimlə bağlıdır


Xalid Qarayev (Foto Xalid Qarayevin Facebook səhifəsindən götürülüb)

Xalid Qarayev (Foto Xalid Qarayevin Facebook səhifəsindən götürülüb)

Bu il oktyabrın 30-da Binəqədi rayon Məhkəməsi “Azadlıq” qəzetinin əməkdaşı, Azərbaycan Xalq Cəbhəsi Pariyasının fəalı Xalid Qarayevi İnzibati Xətalar Məcəlləsinin 310.1-ci (polisə tabe olmamaq) maddəsi ilə təqsirli bilərək 25 sutka müddətinə həbs edib. Guya o, küçədə ünvansız və senzuradan kənar söyüş söyüb.

Həbs müddəti başa çatan Xalid Qarayev Amerikanın Səsinə müsahibə verib. O həbs olunduğu şərait, həbsinin səbəbləri, saxlanma yerində insanlara münasibətdən danışıb.

Amerikanın Səsi: Sizi hansı şəriatdə saxladılar və səbəb üçün nəyi əsas tutdular?

Hətta bəziləri saxlanmağımın səbəbini məndən soruşurdu.

Xalid Qarayev: İşdən gəlirdim, axşam saat 21 olardı. Avtobusdan düşdüm evimizə yaxın bir mağazadan alver edib çıxanda iki nəfər mənə yaxınlaşıb onlarla getməyimi tələb etdi. Onlar özlərini təqdim etdilər və Binəqədi rayon Polis İdarəsinin 4-cü polis bölməsinə getməyimi tələb etdilər. Onlardan saxlanmağımınsəbəblərini soruşduqda, bildirdilər ki, rəis mənimlə görüşməkistəyir. Bundan sonra onlarla bölməyə getdim. Bölmə rəisi məniqəbul etsə də, polisə gətirilməyimlə bağlı heç bir izah vermədi və bir necə dəqiqədən sonra məni Binəqədi rayon Polis İdarəsinə apardılar. Bu dəfə də məni rəisin otağına apardılar. Rəis mənimlə “Azadlıq” qəzetinin keçmişdəki fəaliyyəti, polislərə münasibətihaqqında danışdı. Ondan həbsimin səbəblərini soruşanda bildirdi ki, “araşdırırıq görək niyə gətirilmisən”. Polis rəisinə saxlanmağımın qanunsuz olduğunu dedim və sərbəst buraxılmağımı istədim. Lakin o bildirdi ki, həmin bu gecə orada qalmalıyam. Ondan sonra bir necə polis zabitinin yanına aparıldım.Onlar da saxlanmağımın səbəbini açıqlaya bilmədilər. Hətta bəziləri saxlanmağımın səbəbini məndən soruşurdu. Sonra 3 nəfər əməliyyatçı məni bir otağa gətirdi və səhərədək orada mənimlə qaldılar. Əvvəlcə mənə qarşı İnzibati Xətalar Məcəlləsinin 294-cü maddəsi ilə protokol tərtib etdilər, sonradan bunu 310.1 maddəsi ilə dəyişdilər. Nəhayət məhkəməyə gətirdilər.

Həbsimin arxasında jurnalist fəaliyyətim və siyasi aktivliyim durur.

Amerikanın Səsi: Saxlanan zaman və həbs müddətində fiziki və ya psixoloji təsirlər olubmu?

Yox, elə bir təzyiq olmadı.

Xalid Qarayev: Yox, elə bir təzyiq olmadı. Amma, ümumilikdə həbsini siyasi sifariş hesab edirəm.

Amerikanın Səsi: Nə üçün məhz sizi həbs etdilər?

Həbsim “Azadlıq” qəzetində, sosial şəbəkələrdə və Xalq Cəbhəsi Partiyasındakı fəaliyyətimlə bağlıdır.

Xalid Qarayev: Həbsim “Azadlıq” qəzetində, sosial şəbəkələrdə və Xalq Cəbhəsi Partiyasındakı fəaliyyətimlə bağlıdır. “Azərbaycan saatı” televiziya proqramına gəldikdə son zamanlar orada mənim elə bir fəaliyyətim olmayıb. Çünki bu layihə ümummilli bir xarakter alıb. Siyasi fəallar, digər jurnalistlər bu işi öz üzərlərinə götürüblər. Hər dəfə bu adamlar mövzuları seçib, qonaqlarını müəyyənləşdirib proqramı hazırlayırlar.

Amerikanın Səsi: Saxlanma yerində qanunvericiliyə əməl edilirmi? Həbsdə olanlara münasibət necədir? Bir də saxlanma şəraiti, - yemək, otaqlarda istilik, yataq əşyaları insan ləyaqətinə uyğundurmu?

İstilik sistemi, təmizlik, qidalanma normal idi.

Xalid Qarayev: Saxlanma yerində saxlanılan şəxslərin hüquq və vəzifələrinin əks olunduğu lövhələr asılıb, onlar da, mən də buna uyğun hərəkət edirdik. İstilik sistemi, təmizlik, qidalanma normal idi.

Amerikanın Səsi: Həbsinizdən şikayət veribsinizmi?

Xalid Qarayev: Bəli, həbsim qanunsuzdur və şikayət vermişəm.

XS
SM
MD
LG