Accessibility links

Xalidə Xalid və Şamxal Hüseynov aprelin 30-da Təbrizdə saxlanmışdı

Aprelin 30-da İranda həbs edilmiş Azərbaycan Milli Elmlər Akademiyasının Ədəbiyyat İnstitutunun əməkdaşı Xalidə İsmayılova (Xalid) və sürücüsü Şamxal Hüseynov iyunun 6-da Bakıya qayıdıb. Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Elman Abdullayev bildirib.

O, İranda Xalidə Xalidə qarşı məhkəmə prosesi olub-olmadığı haqqında suala cavab verməyib.

“Bu, İran tərəfin qərarı idi, onlar sadəcə olaraq vətəndaşlarımızı Azərbaycan səfirliyinə təhvil veriblər”, deyə Elman Abdullayev bildirib.

Xalid və Hüseynov Bakı aeroportunda mətbuat üçün heç bir açıqlama verməyiblər.

Xatırladaq ki, onlar aprelin 30-da Təbrizdə azərbaycanlı fıəal Məhəmməd Oqtayın evində saxlanılıb. Azərbaycan vətəndaşlarına qarşı konkret ittihamlar irəli sürülməyib.

Show comments

XS
SM
MD
LG