Accessibility links

Azərbaycan müxalifəti azad seçki tələbi ilə mitinq keçirməyə cəhd edib


Azərbaycan müxalifəti azad seçki tələbi ilə mitinq keçirməyə cəhd edib
Azərbaycan müxalifəti azad seçki tələbi ilə mitinq keçirməyə cəhd edib

Müsavat və Xalq Cəbhəsi partiyalarının məlumatına görə, 120-dək etirazçı saxlanıb

“Xalq Cəbhəsi” ,“Müsavat” partiyaları və “Demokratiya Uğrunda” İttifaqa daxil olan siyasi partiyalar “Azad seçki” şüarı ilə Fəvvarələr meydanında mitinq keçirməyə cəhd edib. Cəhdin qarşısı alınıb.

Müsavat və Xalq Cəbhəsi partiyalarının məlumatına görə, 120-dək etirazçı saxlanıb.

Polis saxlanılanların sayının az olduğunu bildirir. Bakı şəhər Baş Polis İdarəsinin rəis müavini Yaşar Əliyev “Amerikanın səsi” radiosuna saxlanan 18 nəfərin işinin məhkəməyə göndərildiyini deyib.

“Müsavat” partiyasının başqanı İsa Qəmbər mitinqin baş tutduğunu bildirib. “Biz ölkədə toplaşmaq azadlığının boğulduğunu və azad, ədalətli seçkiqabağı mühit olmadığını ictimaiyyətin diqqətinə çatdırdıq”, - deyə o qeyd edib.

AXCP sədri Əli Kərimli isə zorakılıqlara baxmayaraq müxalifətin aksiyalarının bundan sonra da davam etdiriləcəyini bildirib. “Biz azadlıqlarla və Qarabağla bağlı tələblərimizi ictimai diqqətə gətirməkdə davam edəcəyik”.

Maraqlı cəhətlərdən biri isə saxlanan müxalifətçilərin bir qismini polis şöbələrinə deyil, Bakıdan 64 kilometr cənub-qərbdə olan Qobustan qoruğuna aparılmasıdır. Onların arasına “Müsavat” partiyası Aparatının rəhbəri Arif Hacılı da var. Cənab Hacılı “Amerikanın səsi” radiosuna deyib ki, 24 nəfər müxalifətçi “Qobustan” qoruğuna gətirilib və bu tamamilə qanunsuzdur.

XS
SM
MD
LG