Accessibility links

O seçkilərin ilkin nəticələrinə görə qalib elan edildikdən sonra gələcək planlarından danışıb. Bu hərtərəfli inkişaf, demokratiyanın dərinləşməsi və korrupsiyaya qarşı mübarizədir

Prezident İlham Əliyev yenidən Azərbaycan prezidenti seçilməsi münasibəti ilə xalqa müraciət edib.

Əliyev onu dəstəklədiyinə görə xalqa minnətdarıq edib.

“Doğma xalqıma minnətdaram. Bundan sonra da doğma xalqıma ləyaqətlə xidmət edəcəm”, o qeyd edib.

Onun fikrincə prezident seçkiləri azad, şəffaf və demokratik şəraitdə keçib və bu demokratiyanın təntənəsidir.

“Azərbaycanda bütün azadlıqlar var. Seçkilər demokratiyaya doğru atılmış addımdır. Ölkədə söz azadlığı, vicdan azadlığı təmin edilib.
Bütün xalqların hüquqlarına hörmət edilir”.

Dövlət başçısı Azərbaycanı multikultiralizmin mərkəzi adlandırıb.

Onun fikrincə, xalq seçkilərlə son 10 ildə görülən işlərə qiymət verib.

“Azərbaycan güclü dövlətdir. Bütün istiqamətlərdə inkişaf, tərəqqi özünü göstərir. Beynəlxalq aləmdə də uğurlar əldə edib. Azərbaycan BMT TŞ-nin üzvdür və hazırda sədrlik edir”.

İqtisadi sahədə uğurlar əldə edilib. Nəticələr dünyada ən ciddi nəticələrdir.

“10 ildə iqtisadiyyatımız 3,4 dəfə artıb, yoxsulluq 10 dəfə azalıb.
Azərbaycan nəinki regional, dünya problemlərinin həllində də mühüm rol oynayır. Azərbaycan kosmik dövlətdir”.

Əliyev hesab edir ki, bütün uğurlar xalqla dövlətin birliyi hesabına
əldə edilib.

“Bu nailiyyətlər Azərbaycan xalqının istedadı və gücü hesabına olub. Azərbaycan xalqı ilə hakimiyyətin birliyi bütün müvəffəqiyyətlərin rəhnidir”.

Prezident hesab edir ki, Azərbaycanın rəyi olmadan bölgədə iqtisadi və ya siyasi təşəbbüslər yoxdur və gələcəyi ola bilməz.

“Biz azadıq, müstəqilik. Mənə verilən səslər müstəqilliyə, azadlığa verilən səslərdir. Heydər Əliyev siyasətinə sadiq qalaraq bu böyük işləri görmüşük və bundan sonra da bu siyasətə sadiq olacağıq”.

Dövlət başçısı bildirib ki, Azərbaycan xalqının, dövlətinin marağı onun üçün birincidir.

“Bu seçkilərdə böyük səs çoxluğu mənə verilən qiymət həm də gələcək inkişaf üçün dəstəkdir. Növbəti illərlə bağlı siyasətimiz açıqdır. Bundan sonra da Azərbaycan inamlı inkişaf yolu ilə gedəcək. Beynəlxalq müstəvidə mövqeyimizi möhkəmləndirəcəyik. Demokratiyanın inkişafı ilə bağlı addımlar
atacağıq. Korrupsiyaya qarşı ciddi mübarizə aparılacaq.

Sahibkarlıq inkişaf etdiriləcək, yeni iş yerləri açılacaq. Sosial sahə ilə bağlı siyasət davam etdiriləcək. Sosial dövlət siyasətimizin əsasında Azərbaycan insanı dayanır. Daha da güclü Azərbaycan quracağıq.

Sülh, əmin-amanlıq olacaq. Asayiş qorunacaq, Azərbaycan təhlükəsizlik şəraitində yaşayır. Azərbaycan inamlı inkişaf dövrünü yaşayacaq”, Əliyev qeyd edib.

O xalqı əmin edib ki, var gücü ilə xalqın, dövlətin möhkəmləndirilməsi üçün çalışacaq.
XS
SM
MD
LG