Accessibility links

Xalxal millət vəkili büdcə ədalətsizliyinə etiraz olaraq istefa verib


Cəlil Cəfəri Bünə

Cəlil Cəfəri Bünə

Yarı-rəsmi Fars xəbər agentliyinə istinadən, Ərdəbil vilayətinin Xalxal şərəhinin İran parlamentindəki millət vəkili Cəlil Cəfəri Bünə Xalxal və digər kiçik şəhərlərin məruz qaldığı büdcə ədalətsizliyinə etiraz olaraq istefa edib.

İranın İslami Şura Məclisinin mətbuat orqanı olan Millətin Evi xəbər agentliyi isə azərbaycanlı millət vəkilinin etiraz etdiyi xüsuslarla bağlı düzəlişlər aparıldığını və Cəfərinin istefasını geri aldığını bildirib.

“Məclisdə Tehran və digər böyük şəhərlərin nümayəndələrinin sayı daha artıq olduğu üçün, qəbul onunan layihələr kiçik və yoxsul şəhərlərin zərərinə olur,”-deyə Cəlil Cəfəri Bünə istefa səbəbini şərh edib.

Son aylarda bir çox qeyri-fars bölgələrin millət vəkilləri İran Parlamentinin büdcə layihələrinə kəskin etiraz bildiriblər.

Yanvar ayında Zəncan və Tarım şəhərlərinin millət vəkili Möhsün Əlimərdani də büdcə məsələsi ilə bağlı etiraz bildirmişdi. “Yeni büdcə layihəsi zəngin vilayətlərin durumunu yaxşılaşdırıb, yoxsul vilayətlər, o cümlədən Zəncan vilayətini daha da yoxsullaşdırır”deyən Əlimərdaninin sözləri İran mediasında əks olunmuşdu.

Həmçinin ötən ilin dekabr ayında İranın Ərəb əhalisinin yaşadığı Xuzistan vilayətinin millət vəkilləri büdcə məsələsi ilə bağlı birgə istefa vermişdilər.
XS
SM
MD
LG