Accessibility links

Xam neftin qiyməti 50 dollardan aşağı həddə düşüb


ABŞ dollarının məzənnəsinin yüksək səviyyədə qalması və İranın öz neftini onsuz da bol olan neft bazarına çıxarması planı çərşənbə axşamı ABŞ xam neftinin qiymətinin 50 dollardan aşağı səviyyəyə düşməsinə səbəb olub.

Neftə ehiyac duyan Asiya və Avropa ölkələrində benzinə tələbat azalması da neftin qiymətinin aprel ayından bəri ilk dəfə olaraq 50 dollara düşməsinə gətirib çıxarıb.

Ən böyük neft idxalçıları Asiyada yerləşir. Ona görə də Asiyanın böyük iqtisadiyyatları aşağı neft qiymətlərindən faydalanacaqlar
Viktor Şum

ABŞ Mərkəzi Bankının faiz dərəcələrini bu ilin sonuna qədər artıracağı gözlənilən bir vaxt, xam neft ABŞ dolları ilə satıldığına görə valyutanın güclü qalması digər valyuta istifadəçiləri üçün nefti bahalaşdırır,” deyə Sinqapurda yerləşən İHS Enerji şirkətinin vitse-prezidenti Viktor Şum bildirib.

Qərb qüdrətləri ilə razılığın əldə olunmasından bir neçə ay sonra neft təchizatına tətbiq olunmuş embraqonun qaldıralacağını gözləyən İranın Körfəzdə super tankerlərini satışa hazır milyonlarla ton barrel neftlə doldurduğu deyilir.

“Bu tankerlərdən birinin artıq Asiyaya yola düşdüyü xəbəri verilir. Gəminin gedəcəyi yer məlum deyil. Lakin düşünürəm ki, iranlılar xam nefti müştərilərə sata bilmək üçün bazara yaxın yerlərə göndərirlər,” deyə cənab Şum Amerikanın Səsinə bildirib.

Dünyanın altı qüdrətli dövləti ötən həftə İranla nüvə proqramının məhdudlaşdırılmaqsı və İranın nüvə bombası hazırlamasının qarşısının alınması məqsədilə razılıq ədlə edib.

İran dünyanın ən böyük neft ehtiyatlarına görə dördüncü ölkəsidir, lakin ABŞ və digər Avropa ölkələrinin tətbiq etdiyi sanksiyalar nəticəsində İranın beynəlxalq transaksiyalarda tələb olunan ABŞ dollarını almaq imkanlarının qarşısı alınıb.

​Neft qiymətlərinin düşməsi ən çox Yaxın Şərq istehsalçılarına və Venezula kimi iqtisadi problemlər yaşayan ölkələrə zərər vurur.

İqtisadçılar deyir ki, Rusiya və Nigeriya büdcələrinin defisitlə üzləşməsinin qarşısını almaq üçün xam neft qiymətinin indiki səviyyəsindən ikiqat artıq olmasını istəyir.

Buna baxmayaraq sabit aşağı qiymətlər Asiyada müsbət qarşılanır.

“Ən böyük neft idxalçıları Asiyada yerləşir. Çin, Hindistan, Cənubi Koreya, Yaponiya- bunlar nəhəng idxalçıdır. Ona görə də Asiyanın böyük iqtisadiyyatları aşağı neft qiymətlərindən faydalanacaq. Bu hal Asiya regionundakı iqtisadiyyatlara kömək edəcək.”

JP Morgan və Barclays kimi böyük bankların təhlilçiləri qiymətlərin ilin sonunadək bu səviyyədə qalacağını düşünmür. Onlar yüngül Brent xam neftin bir barelinin qiymətinin ilin üçüncü rübündə 60 dollardan yüksək olacağını təxmin edir.

Çərşənbə axşamı Brent xam neftin qiyməti təxminən 56 dollar kimi qeyd edilib.

XS
SM
MD
LG