Accessibility links

Ayətulla Əli Xameneyi qarşıdan gələn seçkilərdən narahatlığını ifadə etdi

  • Amerikanın səsi

Ayətulla Əli Xameneyi qarşıdan gələn seçkilərdən narahatlığını ifadə etdi

Ayətulla Əli Xameneyi qarşıdan gələn seçkilərdən narahatlığını ifadə etdi

İranın ali dini lideri Ayətulla Əli Xameneyi xəbərdarlıq edib ki, gələn ilin martına nəzərdə tutulmuş seçkilər milli təhlükəsizliyə hədə olmamalıdır.

Bu şərhlər hökumətin 2009-ci il seçkilərində baş verən qalmaqalın təkrarlana biləcəyindən ehtiyatlandığını göstərir.

Müqəddəs Ramazan ayının bitməsi münasibətilə ibadətçilər qarşısında çıxış edən Ayətulla Əli Xameneyi seçkilərin İran üçün həmişə sınaqlı dövr olduğunu qeyd edib. O, xalqı birliyə səsləyib.

2009-cu ilin iyununda prezident seçkiləri zamanı saxtakarlıq ittihamları nəhəng etiraz aksiyalarına yol açdı. Həmin vaxt hökumətin nümayişçilərə zorakı basqıları nəticəsində onlarla adam öldü.

XS
SM
MD
LG