Accessibility links

Cümə axşamı Las Veqasda çıxışı zamanı Hillari Klintona ayaqqabı atan qadın məsuliyyətə cəlb olunub.

Hadisə Mandalay Bey mehmanxanasında dəmir tullantılarının yenidən emalı institutunun konferansında xanım Klintonun səhnəyə çıxdığı vaxt baş verib.

Əyilərək ayaqqabı zərbəsindən xilas olan sabiq dövlət katibi daha sonra bu barədə zarafat edib.

Xanım Klinton deyib ki, “kimsə mənə nəsə atmaq istəyir? Bu Soleil sirkinin bir hissəsidir?”

O əlavə edib: “Mən bilməzdim ki, tullantıların yenidən emalı bu qədər mübahisəlidir.”

İkinci sırada oturan hadisənin şahidi bildirib ki, yandakı sıradan Klintona nəsə atıldı və bir qadın ayağa qalxdı, otağın arxasına tərəf addımladı.

Qadını tutan təhlükəsizlik işçiləri deyib ki, atılan şey ayaqqabı olub, ancaq qadın özünü təqdim etmək və bu hərəkəti barədə açıqlama vermək istəməyib.

Rəsmilər qadının həbs olunacağını deyiblər.
XS
SM
MD
LG