Accessibility links

ABŞ Müdafiə Nazirliyi İslam Dövləti lideri Hafiz Səid Xanın öldürüldüyünü təsdiq edib.

Pentaqonun mətbuat katibinin müavini Qordon Troubridcin bəyanatında deyilir ki, Xan ABŞ və koalisiya qüvvələrinə qarşı terrorçu fəaliyyətləri, əsasən Nangarhar olmaqla mülki əfqan əhalisini terrorizə etməklə tanınırdı.

Bəyanatda İŞİD-in bu vilayətdə təlimlər keçdiyi, əsas boru xətlərini nəzarətində saxladığı, islamçı döyüşçüləri davamlı şəkildə silah-sursatla təmin etdiyi bildirilir.

Xan ABŞ və koalisiya qüvvələrinə qarşı terrorçu fəaliyyətləri ilə tanınırdı

​Troubridc deyib ki, Xanın ölümü İŞİD-in bu regiondakı əməliyyatlarına mane olacaq.

Dünən Əfqanıstanın Pakistandakı səfiri də Xanın öldürüldüyünü bəyan edib.

"Mən İslam Dövlətinin Xorasan lideri Hafiz Səid Xanının yüksək rütbəli komandirləri və döyüşçüləri ilə bərabər iyul ayının 26-da Əfqanıstanın Nanqarhar vilayətində öldürüldüyünü təsdiq edə bilərəm”- deyə səfir Ömər Zaxilval Reuters-ə bildirib.

Xan Pakistandakı Taliban qrupunun sabiq üzvü olub. İslam Dövlətinə sədaqətinə and içən Xanın keçən il öldürüldüyü bildirilmiş, lakin xəbər təsdiq edilməmişdi.

XS
SM
MD
LG