Accessibility links

Şəki xanları sarayının 250 illik yubileyi


Şəki Xan Sarayı
Şəki Xan Sarayı

Nazir Əbülfəs Qarayev bildirib ki, 1762-ci ildə çox istedadlı bir memarın fəaliyyəti nəticəsində yaranan Şəki xanları sarayının 250 illik yubileyi Azərbaycanın tarixində, mədəni həyatında əlamətdar hadisədir.

Iyulun 4-də Şəki şəhərində Şərq memarlığının ən nadir incilərindən hesab olunan XVIII əsrə aid tarixi-memarlıq abidəsi - Şəki xanları sarayının 250 illik yubileyi təntənələrlə qeyd olunub. Yubiley tədbirində Azərbaycandakı diplomatik missiyalar, beynəlxalq təşkilatların nümayəndə heyətləri, elm, mədəniyyət və incəsənət xadimləri, Milli Məclisin deputatları, xarici qonaqlar, bədii kollektivlər iştirak edib.
Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev bildirib ki, 1762-ci ildə çox istedadlı bir memarın fəaliyyəti nəticəsində yaranan Şəki xanları sarayının 250 illik yubileyi Azərbaycanın tarixində, mədəni həyatında əlamətdar hadisədir. “Bu saray 250 ildir bənzərsiz gözəlliyi ilə dünyanın müxtəlif ölkələrindən gələn qonaqları özünə cəlb edir.
Şəki xanlarının sarayı demək olar ki, həmişə Azərbaycan xalqının fəxr etdiyi bir memarlıq abidəsi kimi yaşamaqdadır”.
Tədbir iştirakçıları “Natiq” ritm qrupu üzvlərinin ifa etdiyi Azərbaycan ritmlərinin müşayiəti ilə “Yuxarıbaş” Tarix və Memarlıq Qoruğuna yola düşüb. Qonaqlar XVIII əsrə aid memarlıq abidəsi olan “Qala divarları”nın önündə təşkil edilmiş Şəki xanlığının tarixini əks etdirən səhnəyə baxıb. Burada qonaqları “xanın əyanları” qarşılayıb.
Qoruğun ərazisində “Şərq bazarı” ilə tanışlıq olub. Bayram tədbiri daha sonra “Xan Sarayı”nın həyətində davam etdirilmişdir. “Xan”ın adından qonaqlara ənam paylanıb.

Dünyaya Baxış

Dünyaya Baxış. Blinken ABŞ-ın İsrailin İrana zərbələrindən son anda xəbəri olduğunu deyib
please wait

No media source currently available

0:00 0:12:20 0:00

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG