Accessibility links

Hillari Klinton Pakistanı Əfqanıstanda sülhə vasitəçi olmağa çağırıb


Hillari Klinton Pakistanı Əfqanıstanda sülhə vasitəçi olmağa çağırıb
Hillari Klinton Pakistanı Əfqanıstanda sülhə vasitəçi olmağa çağırıb

ABŞ Dövlət Katibi Hillari Klinton Pakistanı yaraqlılara sığınacaq verməməyə və Əfqanıstandakı Taliban qüvvələrinə 10 il sürən müharibədən sonra sülh danışıqlarına başlamaq yönümündə təzyiq göstərməyə çağırıb. Xanım Klinton bu gün İslamabadda Pakistanın xarici işlər naziri Hina Rəbbani Xarla birgə mətbuat konfransıda çıxış edib. ABŞ və Əfqan rəsmiləri İslamabadı Əfqanıstandakı yaraqlı qrupları dəstəkləməkdə ittiham edib. Pakistan hökuməti ittihamları rədd edir. ABŞ eyni zamanda Pakistanı Vəziristanın şimalında yaraqlılara qarşı hərbi əməliyyatlar həyata keçirməyə çağırıb. Bu ərazi əl-Qaidə ilə əlaqəli olan Haqqani şəbəkəsinin istinadgahı hesab edilir.

XS
SM
MD
LG