Accessibility links

Xanım Hillari Klinton Pakistanı öhdəliyi yerinə yetirməməkdə təqsirləndirib


Xanım Hillari Klinton Pakistanı öhdəliyi yerinə yetirməməkdə təqsirləndirib

Xanım Hillari Klinton Pakistanı öhdəliyi yerinə yetirməməkdə təqsirləndirib

ABŞ Pakistanın terrorizmə qarşı mübarizədə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməyə başlamasını istəyir. ABŞ Dövlət Katibi Hillari Klinton bildirib ki, Pakistan terrorizmə qarşı həmişə əzmkarlıq göstərməyib, və indi İslamabadın Vaşınqtonun gözləntilərini doğrultmasının vaxtı çatıb. Klinton bu gözləntilərin nədən ibarət olduğunu qeyd etməyib. ABŞ-ın xüsusi təyinatlı qüvvələri gizlincə Pakistana daxil olaraq Üsama bin Ladeni öldürdükdən sonra ABŞ-la Pakistan arasında münasibətlər gərginləşib. Bu gərginliyə baxmayaraq xanım Klinton deyib ki, ABŞ İslamabadla uzun müddətli strateji münasibətlərini qoruyub saxlamalıdır.

XS
SM
MD
LG