Accessibility links

FORUM: Xaricdəki azərbaycanlılara vətəndə münasibət! Sizin münasibətiniz?


Məlum olduğu kimi bu yaxınlarda Bakıda keçirilən III Dünya Azərbaycanlıları Qurultayı xüsusən İran azərbaycanlılarının rəsmi olaraq tədbirə dəvət olunmaması və onların problemlərinin tədbirdə qaldırılmaması səbəbi ilə narazılıqlara, münaqişələrə səbəb oldu. Sabir Rüstəmxanlının Amerikanın səsinə müsahibəsində məsələnin dərinliyi, genişliyi eləcədə İran azərbaycanlıları ilə məhdudlaşmadığı barədə nümunələr göstərərək dedikləri, Azərbaycan Respublikasında dünya azərbaycanlılarına İranda deyildiyi kimi türklərə münasibət barədə ciddi suallar qaldırdı. Burada İran azərbaycanlı qaçqınların Azərbaycandakı vəziyyətini xatırlatmaq yerinə düşərdi. Aydındır ki, vətəndə və ya vətəndən kənarda Azərbaycanda ya da xaricdə anadan olmasından asılı olmayaraq, bu məsələ heç bir azərbaycanlını düşündürməyə bilməz: kənardakı azərbaycanlılara vətəndə münasibət nədir və nə olmalıdır? Yaxşısı və pisiylə gördüklərinizi, yaşadıqlarınızı oxucularımızla bölüşün. Sabir bəyin müsahibəsini dinləmək üçün buraya daxil olun. Şərhlərinizi yazmağı unutmayın!

XS
SM
MD
LG