Accessibility links

Xarici diplomatlar Vaşinqtonda ağac əkib [Video]


Xarici diplomatlar Vaşinqtonda ağac əkib
please wait

No media source currently available

0:00 0:02:40 0:00

Xarici diplomatlar Vaşinqtonda ağac əkib

Bu, ABŞ Dövlət Departamentinin “Yaşıllaşdırma Diplomatiyası Təşəbbüsü"nün bir hissəsidir

12 ölkənin diplomatı bu yaxınlarda Vaşinqtonda bir çox xarici səfirliyin yerləşdiyi Beynəlxalq Mədəniyyət Mərkəzində ağac əkmək üçün bir araya gəlib. Bu, ABŞ Dövlət Departamentinin “Yaşıllaşdırma Diplomatiyası Təşəbbüsü"nün bir hissəsidir.

“Bu gözəl şəhərdə daha çox ağac əkə bilsək, əla olar.”

Bu Avstriya səfiri Hans Piter Manzdır. Diplomat karyerası onu hər beş ildən bir müxtəlif ölkələrə aparıb. O, bu təşəbbüsü Amerikada qonşuların birlikdə iş görmək mədəniyyətini yaşamaq imkanı kimi qiymətləndirir.

Diplomatlar ağacları 21 səfirliyin yerləşdiyi Dövlət Departamentinin Beynəlxalq Mədəniyyət Mərkzində əkiblər.

Rama Tur Monako səfirliyində çalışır.

“Monako Şahzadəsi ətraf mühit məsələləri ilə çox maraqlanır. Ona görə də, fikrimcə, ağac əkmək bizim ətraf mühitə olan töhfəmizin göstəricisidir.

Dövlət Departamenti Yaşıllaşdırma Diplomatiyası Təşəbbüsünə 2009-cu ildə ətraf mühiti yaxşılaşdırmaq məqsədilə start verib.

Departamentdən Landon Van Daykın sözlərinə görə, Birləşmiş Ştatlar ətraf mühitin davamlılığını təmin etməyə və insanların ətraf mühitə verdiyi zərəri azaltmağa çalışır.

“Biz ən uğurlu təcrübələrimizi səfirliklərimizin yerləşdiyi digər ölkələrlə bölüşürük, o ölkələrin də təcrübələrini və ekoloji problemlərini öyrənirik.”

Nigeriyanın iqtisadiyyat naziri A. Ado ölkəsinin səhralaşma problem ilə üzləşdiyini bildirib.

“ABŞ-da Şimali Afrikada olduğu qədər səhra yoxdur, amma siz yenə də çoxlu ağaclar əkərək bu problemin qarşısını almağa çalışırsınız.”

Ağac əkmə təşəbbüsünə texniki yardımı Cassey Trees göstərib. Cassey Trees Vaşinqtonun çoxağaclığını bərpa edib genişləndirərək qorumaq məqsədi daşıyan qeyri-kommersiya təşkilatıdır.

Ağac əkmək dilpomatların gündəlik işlərinin bir parçası olmasa da, onlar ofisdən kənarda işləməyin yaxşı bir idman olduğunu deyir.

“Tipik bir gün belə keçmir, amma keçsə yaxşı olardı, çünki ofisdə kompyuterin önündə oturub o məlumatları dərk etməkdənsə, belə bir payız günündə burada işləmək sağlamlığa daha faydalıdır.”

Bu təşəbbüs həmçinin yeni dostluqların yaranmasına səbəb olub.

Monako səfirliyindən Rama Tur Honsuras səfirliyindən Xose Korralesi ilk dəfə gördüyünü deyir.

“Mən Xoseni ilk dəfə burada görürəm. Biz eyni binada işləsək də, heç vaxt görüşməmişik.”

Bütünlükdə diplomatlar 31 ağaç əkiblər. Bu ağacların xərcləri isə təşəbbüsdə iştirak edən səfirliklər tərəfindən ödənilib.

XS
SM
MD
LG