Accessibility links

Xarici dövlətlər vətəndaşlarını Misirdən evakuasiya edir


Xarici dövlətlər vətəndaşlarını Misirdən evakuasiya edir

Xarici dövlətlər vətəndaşlarını Misirdən evakuasiya edir

ABŞ və Türkiyə anti-hökumət nümayişlərinin 100-dən çox insan itkisinə səbəb olduğu Misirdən vətəndaşlarını evakuasiya edirlər. ABŞ-ın Qahirədəki səfirliyi və Türkiyənin rəsmi Anadolu xəbər agentliyi bu gün açıqlama yayıblar. Bu gün erkən Birləşmiş Ştatlar hökuməti öz vətəndaşlarına Misirə səfərdən çəkinmək barədə xəbərdarlıq edib. İraq həmçinin Misiri tərk etmək istəyən vətəndaşlarını evakuasiya edəcəyini bildirib. İsraildə baş nazir Benyamin Netanyahu hökumətinin Misirdə baş verənləri "sayiqlıqla" izlədiyini bildirib. Misirin İsraillə sülh müqaviləsi var və İsrail-Fələstin sülh danışıqlarında əsas vasitəçi funksiyasını yerinə yetirib.

XS
SM
MD
LG