Accessibility links

Ukraynanın ikinci böyük şəhəri olan Xarkovun meri Gennadi Kernes snayper hücumuna məruz qalıb. Merin vəziyyətinin ağır olduğu deyilir.

Hökumət rəsmiləri merin velosiped sürərkən naməlum şəxs tərəfindən arxadan snayperlə vurulduğunu bildirib. Təcili tibbi yardım xidmətinin əməliyyatlar üzrə baş həkimi Valeri Boyko müxbirlərə merin vəziyyəti haqda məlumat verərkən yaranın ağır olduğunu və merin çox qan itirdiyini, lakin hazırda qanaxmanın dayandırıldığını deyib.

Qərb tərəfdarlarının Meydan hərəkatına və prezident Viktor Yanukoviçin devrilməsinə qarşı olan cənab Kernes Rusiya tərəfdarı separatçılara dəstək vermədiyini demişdi.

Polis hadisə ilə bağlı təhqiqata başlandığını bildirsə də, hücuma görə kimdən şübhələnildiyi barədə heç nə deməyib.
XS
SM
MD
LG