Accessibility links

Bu gün Amerikada Xatirə günü qeyd edilir.

ABŞ dövlət başçısı hərbi xidmətdə həyatlarını qurban verənlərin anım mərasimlərinə qatılır.

Barak Obama Ağ Evdə müharibə veteranları ilə təşkil edilən səhər yeməyinə ev sahibliyi edib.

Daha sonra prezident Arlinqton Milli Qəbiristanlığında naməlum əsgər məzarı önünə əklil qoyub.

Bu bayram ilk dəfə Amerikanın 600 min insan həyatı bahasına başa gələn vətəndaş müharibəsindən sonra 1868-ci ildə keçirilmişdi.

Xatirə günü həm də qeyri-rəsmi olaraq yay mövsümünün açılış rəmzidir.

XS
SM
MD
LG