Accessibility links

Yanğında həlak olanların xatirəsi anılır [Video & Fotoqalereya]


Çoxsaylı insanlar yanğında həlak olanların xatirəsini anır
please wait

No media source currently available

0:00 0:02:24 0:00
Direct link

Çoxsaylı insanlar yanğında həlak olanların xatirəsini anır

Hökumət sakinlərə kompensasiya ayırıb

Bu gün Bakının Azadlıq prospektində yanan binada həlak olanların xatirəsini anmaq üçün yüzlərlə insan bu binanın qarşısına gəlib. Ziyarətçilər binanın qarşısına gül dəstələri qoyur, şamlar yandırır. Gül qalaqlarının üzərinə qoyulmuş həlak olan uşaqların portretləri isə hər kəsi ağladır.

Artıq binada təmir işlər də başlayıb.

Mayın 21-də Nazirlər Kabineti baş vermiş yanğınla bağlı sərəncam verib.

Sərəncama görə, yanğın nəticəsində həlak olmuş 15 sakinin hər birinin ailəsinə 15 min manat, bina sakini olan 56 ailənin hər birinə yanğın nəticəsində zərər dəymiş əmlakına görə ilkin olaraq 20 min manat məbləğində dövlət vəsaiti hesabına birdəfəlik maddi yardım müəyyən edilib.

Çoxmərtəbəli yaşayış binasında əsaslı təmir və yenidənqurma işlərinə başlamaq üçün 3 milyon manat vəsait ayrılıb.

Bu məsələlərin və binanın sakinlərinə kirayə pulu ödənilməsi üçün 2015-ci il dövlət büdcəsinin Ehtiyat Fondundan Bakı şəhər İcra Hakimiyyətinə cəmi 5 milyon manat məbləğində vəsait ayrılıb.

Dünyaya Baxış

Dünyaya Baxış. Rusiya Belqorodda Ukraynanın hava hücumunun qarşısını aldığını bildirib
please wait

No media source currently available

0:00 0:12:17 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG