Accessibility links

Xədicə İsmayıl "Azadlıq" qəzetinə maddi yardım göstərəcək


Xədicə İsmayıl
Xədicə İsmayıl

Həbsdə olan jurnalist Xədicə İsmayıl ciddi maddi problemlə üzləşən “Azadlıq” qəzetinə maddi yardım etmək niyyətindədir.

Jurnalistin yaxınları Meydan TV -yə bildiriblər ki, maddi sıxıntı səbəbindən qəzetin bağlana biləcəyindən narahat olan Xədicə İsmayılova həbsxanada topladığı pulla “Azadlıq”a yardım etmək istəyir.

Bundan öncə digər siyasi məhbus, Müsavat Partiyasının sədr müavini Tofiq Yaqublu da analoji təşəbbüslə çıxış edib.

Xatırladaq ki, jurnalist ötən il dekabrın 5-də həbs edilib.

O, “vicdan məhbusu” kimi tanınıb. Beynəlxalq birlik və demokratik ictimaiyyət əmindir ki, o, ölkənin ali rəhbərliyinin korrupsiya faktlarını araşdırdığı üçün cəzalandırılıb.

Ölkənin aparıcı qəzeti olan “Azadlıq” qəzeti də eyni səbəblərdən hakimiyyətin təzyiqlərinə məruz qaldığını deyir.

Qəzet hesab edir ki, hakimiyyət qəzetə reklam verilməsinin qarşısını alır, satılan nüsxələrə görə ödənişlərə əngəl törədir.

Müasir və müstəqil Azərbaycan jurnalistikasının qaranquşu kimi tanınan "Azadlıq" qəzeti Azərbaycan milli azadlıq hərəkatında və ondan sonrakı dövrdə demokratik dəyərlərin müdafiəsində aparıcı rol oynayıb.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG