Accessibility links

Xədicə İsmayıl 7 il 6 ay azadlıqdan məhrum edilib (Yenilənib) [Video]


İttihamları qondarma hesab edən jurnalist hökmü gülüşlə qarşılayıb

Xədicə İsmayılın doğmaları bu gün onun barəsində çıxarılmış hökmə təəccüblənməyiblər. Jurnalistin anası Elmira İsmayılova məhkəmə zalından çıxarkən deyib ki, qızına görə rahatdır və onunla qürur duyur.

“Xədicə hökmü mətanətlə, həmişəki kimi, təbəssümlə dinlədi. O, mənə dedi: get, hamıya de: “Mən möhkəməm, hər şeyə dözəcəyəm. Doğrular uğrunda mübarizə aparanlar məhrumiyyətlərə və cəzalara dözə bilərlər.

Hökumət Xədicədən qorxur, buna görə də onu həbs etdilər, amma onu susdurmaq mümkün deyil. O, danışmağa və yazmağa davam edəcək, o, döyüşçüdür və hamını qorxmamağa və mübarizəyə qalxmağa çağırır.

Xədicə onu dəstəkləyən insanlara salamlarını göndərdi”, deyə anası bildirib.

“Hökumət Xədicədən qorxur, buna görə də onu həbs etdilər, amma onu susdurmaq mümkün deyil. O, danışmağa və yazmağa davam edəcək, o, döyüşçüdür və hamını qorxmamağa və mübarizəyə qalxmağa çağırır”, deyə jurnalistin anası qeyd edib.

“Xədicəni bizneslərini araşdırdığına görə həbs edən hökumətə nə deyə bilərəm? Yalnız bir şey deyə bilərəm: ya düzəlin, ya çıxın gedin”.

Cəmiyyət bir olarsa, hər kəs mübarizəyə onlarla insan cəlb edərsə və beləliklə, hərəkat minlərlə, milyonlarla insanı əhatə edərsə, cəmiyyət qalib gələcək – jurnalistin cəmiyyətə mesajı belə idi.

Öz növbəsində, vəkil Fariz Namazlı bildirib ki, müdafiə tərəfi İsmayılova barəsində hər cür hüquqi əsasdan məhrum olan və yalnız istintaqın subyektiv ehtimallarına əsaslanan hökmdən şikayət verəcək.

***

Xədicə İsmayıla hökm oxuyan hakim Ramella Allahverdiyeva keçmişdə jurnalist Əvəz Zeynallı və AXCP lideri Əli Kərimlinin qayınına qarşı hökmlər çıxarıb. Sovet hüquq təhsilinin yetirməsi olan Allahverdiyeva 1979-cu ildən bəri hakimlik edir.

Xədicə İsmayıla hökm oxuyan hakim Ramella Allahverdiyeva keçmişdə jurnalist Əvəz Zeynallı və AXCP lideri Əli Kərimlinin qayınına qarşı hökmlər çıxarıb. Sovet hüquq təhsilinin yetirməsi olan Allahverdiyeva 1979-cu ildən bəri hakimlik edir.

Hakim Ramella Allahverdiyevanın sədrlik etdiyi prosesdə Xədicə İsmayıla hökm oxunub.

Hökmə əsasən, X. İsmayıl 7 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Jurnalist verilən cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Bundan başqa o, 3 il müddətinə vəzifə tutmaq hüququndan məhrum edilib.

Məhkəmə jurnalist Xədicə İsmayıla Cinayət Məcəlləsinin 125-ci maddəsi (özünü öldürmə həddinə çatdırma) maddəsi üzrə bəraət verib. Onu həmkarı Tural Mustafayevi ölüm həddinə çatdırmaqda ittiham edirdilər.

T. Mustafayev məhkəmədə X.İsmayıl haqda istintaqa verdiyi ifadədən imtina edib, intihara cəhdinin nişanlısı ilə münasibətinin pozulmasından qaynaqlandığını deyib.

***

İlkin şikayəti əsasında Xədicənin həbs olunduğu Tural Mustafayev MTN-nin onu şantaj edfərək təzyiq altında jurnalistə qarşı ittihamda iştirakçı olmasına vadar etdiyini deyir.

İlkin şikayəti əsasında Xədicənin həbs olunduğu Tural Mustafayev MTN-nin onu şantaj edfərək təzyiq altında jurnalistə qarşı ittihamda iştirakçı olmasına vadar etdiyini deyir.

Sentyabrın 1-də Bakı Ağır Cinayətlər Məhkəməsində, araşdırmaçı-jurnalist Xədicə İsmayıla hökm oxunması gözlənir.

Avqustun 31-də Xədicə İsmayıl məhkəmədə son sözünü deyib, amma hakim onun nitqini bitirməsinə imkan verməyib və onun "mahiyyəti üzrə danışmadığını" bildirib.

Məhkəmənin yaxınlığındakı çayxanalar bu gün bağlıdır. Müşahidəçilərin firkincə, çayxanaların işləməməsinin səbəbi jurnalistə qarşı hökmə etiraz olacağı ehtimalı ilə bağlıdır.

Xədicə İsmayıl 2014-cü il dekabrın 5-də həbs edilib.

O,Tural Mustafayev adlı şəxsi intihar həddinə çatdırmaqda ittiham olunur.

Jurnalistə qarşı AzadlıqRadiosunun Bakı bürosunun rəhbəri vəzifəsində çalışdığı müddətdə vəzifə səlahiyyətlərini aşma, vergidən yayınma kimi ittihamlar da irəli sürülüb.

X.İsmayıl bildirir ki, prezident İlham Əliyev və digər yüksək vəzifəli məmurların qanunsuz biznes fəaliyyətini araşdırdığı üçün belə basqıyla üzləşib.

XS
SM
MD
LG