Accessibility links

Dünya mətbuatı Xədicə İsmayıla hökm haqda yazır


Khadija Ismayilova

Khadija Ismayilova

Araşdırmaçı jurnalist Xədicə İsmayıl Bakı Ağır Cinayətlər Məhkəməsi tərəfindən 7 il 6 ay müddətinə azadlıqdan məhrum edilib

Guardian qəzeti Xədicə İsmayılovaya qarşı çıxarılan həbs barədə yazır:

Azərbaycanlı jurnalist Xədicə ismayılova mübarizəsinə həbsxanadan davam edəcəyini vəd edir.

Mükafatlara layiq görülmüş Azərbacanlı jurnalist Xədicə İsmayılova ittiham olunmadan öncə meydan oxuyaraq verdiyi son bəyanatda bildirib ki, uzun müddətli həbs cəzası onu ruhdan salmayacaq.

7 il yarımlıq həbs cəzasına məhkum olunan İsmayılova bu gün son məhkəmə iclasında deyib ki, ona qarşı bu ittihamlar siyasi motivlidir və onun hökümətin ən yüksək səviyyələrində korrupsiya əməlləri ilə bağlı araşdırmalarına son qoymaq məqsədi daşıyır.

Dövlət ittihamçıları böhtan atma, vergidən yayınma, qanunsuz sahibkarlıq fəaliyyəti və vəzifəsiindən sui-istifadə ittihamları ilə Xədicə İsmayılovaya 9 il həbs cəzası istəyib.

İnsan haqları fəalları hökmü pisləyirlər.

BBC şirkəti azərbaycanlı jurnalistə hökmün çıxarılması ilə məlumat verir:

Azərbaycanlı jurnalist Xədicə İsmayılova həbs olunub

Aparıcı azərbaycanlı jurnalist Xədicə İsmayılova mənimsəmə və vergidən yayınma ittihamları ilə 7 il 6 ay azadlıqdan məhrum edilib.

Tanınmış araşdırmaşı jurnalist olan İsmayılova prezident İlham Əliyevin ailəsinə bağlı biznes və ofşor bank hesabatlarını araşdırıb.

İnsan haqları təşkilatları məhkəmənin siyasi sifariş olması ilə bağlı şikayətlət ediblər.

Ötən ay isə digər iki tanınmış fəal oxşar ittihamlarla həbs olunub.

Reuters xəbər agentliyinin Xədicə İsmayılovaya hökmlə bağlı məlumatında deyilir:

Azərbaycan məhkəməsi Azadlıq Radiosunun jurnalistini azadlıqan məhrum edib

Çərşənbə axşamı Azərbaycan məhkəməsi tanınmış jurnalisti 7 ay yarım müddətinə azadlıqdan məhrum edib. Tənqidçilər məhkəmənin siyasi motiv daşıdığını deyirlər.

Bakı məhkəməsi İsmayılovanı mənimsəmə, qanunsuz sahibkarlıq fəaliyyəti, vergidən yayınma və vəzifəsindən sui-istifaə ilə ittiham edib.

Dövlət ittihamçıları 39 yaşlı İsmayılova üçün 9 il həbs cəzası istəyirdilər.

Washington Post qəzeti Xədicə İsmayılovanın hökmü barədə yazır:

Azərbaycanda jurnalist 7 il yarım müddətinə azadlıqdan məhrum edilib

Azərbaycan məhkəməsi araşdırmaçı jurnalist Xədicə İsmayılovanı bir sıra maliyyə cinayətləri ilə ittiham edərək, 7 il yarım müddətinə azadlıqdan məhrum edib. İnsan haqları təşkilatları məhkəmə işini qınayıb.

İsmayılova və onu dəstəkləyənlər deyir ki, itthamlar onun prezident İlham Əliyev və ailəsinin korrupsiyaya cəlb olunduğunu ilə bağlı araşdırmalarına görə intiqamıdır.

Bakı məhkəməsi çərşənbə axşamı İsmayılovanı mənimsəmə, qanunsuz sahibkarlıq fəaliyyəti, vergidən yayınma və səlahiyyətlərindən sui-istifadə etməkdə ittiham edib, amma həmkarını intihar həddinə çatdırmaqda günahkar olmadığı haqda qərar verib.

Dekabr ayında həbs olunan İsmayılova ABŞ hökümətinin maliyyələşdirdiyi Azadlıq Radiosunun əməkdaşı olub.

Azərbaycanda bir sıra digər jurnalist və insan haqları fəalları həbs olunub. Bu addımlar müxalif düşüncənin boğulması kimi qiymətləndirilir.

New York Times qəzeti də hökmlə bağlı məlumat paylaşıb:

Azərbaycanda jurnalist 7 il yarım müddətinə azadlıqdan məhrum edilib

Azərbaycan məhkəməsi araşdırmaçı jurnalist Xədicə İsmayılovanı bir sıra maliyyə cinayətlərində ittiham edərək, 7 il yarım müddətinə azadlıqdan məhrum edib.
Məhkəmə İsmayılovanı mənimsəmə, qanunsuz sahibkarlıq fəaliyyəti, vergidən yayınma və səlahiyyətlərindən sui-istifadə etməkdə ittiham edib, ancaq həmkarını intihar həddinə çatdımaqda günahkar olmadığına dair qərar verib.

Hökm müddəti dövlət ittihamçılarının 39 yaşlı İsmayılova üçün tələb etdikləri 9 il müddətindən bir az qısa olub.

XS
SM
MD
LG