Accessibility links

Xədicə İsmayıla Anna Politkovskaya adına mükafat verilib


Jurnalist Xədicə İsmayılova

Jurnalist Xədicə İsmayılova

Həbsdə olan jurnalist Xədicə İsmayıl İsveçin Milli Mətbuat Klubu tərəfindən təsis edilmiş Anna Politkovskaya adına “Söz azadlığı” mükafatına layiq görülüb.

Bu mükafat araşdırmaçı jurnalistikaya və cəsarətə görə təqdim edilir.

“Xədicə İsmayıl Azərbaycanda ən yüksək səviyyədə korrupsiyanın ifşası üçün böyük cəsarət nümayiş etdirib. O, həqiqəti üzə çıxarmaq üçün özünü böyük riskə məruz qoyub. Buraya hakim ailənin “Telia Sonera” şirkəti ilə biznes-əlaqələrinin araşdırılması da aiddir.

İsmayılovanın həbsi mətbuat azadlığının pozuntusu və jurnalistləri hakim rejimin sui-istifadələrini üzə çıxarmaqdan çəkindirmək üçün bədnam addımdır”, İsveçin Milli Mətbuat Klubunun prezidenti Byern Hager (Björn Häger) bildirib.

AzadlıqRadiosunun müxbiri Xədicə İsmayıl özünü öldürmə həddinə çatdırma ittihamı ilə həbs edilib, amma sonradan ona qarşı vergi ödənişindən yayınma, mənimsəmə, səlahiyyətlərini aşma ittihamları irəli sürülüb.

Xədicə İsmayıl ittihamları qəbul etmir və təqibinin əsl səbəbinin Azərbaycan hökumətinin yüksək eşelonunda korrupsiyanı ifşa etməsi olduğunu hesab edir.

Amnesty İnternational jurnalisti “vicdan məhbusu” elan edib.

XS
SM
MD
LG