Accessibility links

Xədicə İsmayılovanı təbrik etmək istəyənlər həbsxanaya buraxılmayıb [Video]


8 mart Qadınlar günü münasibətilə Xədicə İsmayılı təbrik etmək istəyənləri həbsxanaya burxmadılar
please wait

No media source currently available

0:00 0:03:00 0:00

Sivil Toplum Platforması araşdırmaçı jurnalist Xədicə İsmayılovanın cəza çəkdiyi 4 saylı cəzaçəkmə müəssisəsinin qarşısına toplaşıb

Martın 7-də vətəndaş cəmiyyəti fəalları və jurnalistlərdən ibarət Sivil Toplum Platforması araşdırmaçı jurnalist Xədicə İsmayılovanın cəza çəkdiyi 4 saylı cəzaçəkmə müəssisəsinin qarşısına toplaşıb.

Lakin müəssisənin administrasiyası fəalların görüşünə icazə verməyib və 8 mart Beynəlxalq Qadınlar Günü münasibətilə jurnalistə gətirilən hədiyyələri qəbul etməyib.

Administrasiya fəalların görüşə buraxılmamasını, "bu gün qəbul gününün olmamaması" ilə əsaslandırıb. Lakin Sivil Toplum Platformasının üzvləri görüş verilməməsini və hədiyyələrin qəbul edilməməsini qanunvericiliyin pozulması kimi dəyərləndirib.

Administrasiya ilə danışıqlar bir saat yarıma qədər davam etsə də nəticəsiz qalıb.

Xədicə İsmayılova 2014-cü il dekabrın 5-də həbs olunub. Jurnalist vergidən yayınma, qanunsuz sahibkarlıq kimi ittihamlarla 7 il 6 ay azadlıqdan məhrum edilib. Lakin o, ittihamları qəbul etmir və korrupsiya araşdırmalarına görə həbs olunduğunu bildirir.

“Amnesty İnternational” beynəlxalq hüquq müdafiə təşkilatı Xədicə İsmayılovanı “vicdan məhbusu” elan edib.

Xədicə İsmayılovanı təbrik etmək istəyənlər həbsxanaya buraxılmayıb
please wait

No media source currently available

0:00 0:02:14 0:00

XS
SM
MD
LG