Accessibility links

Xədicə İsmayıl azad buraxılıb [Yenilənib]


Xədicə İsmayıl 5 saata yaxın hava limanında saxlandıqdan sonra azad buraxılıb. Bu barədə o özü Facebook səhifəsində yazıb. Belə ki, sonda ona flaş kartı yoxlamağın lazım olmadığını deyiblər və bu zaman jurnalist kartı öz fotoaparatına taxaraq nümayiş etdirib. Məlum olub ki, flaş kartda hər hansı məlumat yoxdur.

***

Jurnalist Xədicə İsmayıl Strasburqdan gələrkən Bakı hava limanında saxlanıb. O artıq bir saata yaxındır ki, gömrük əməkdaşları tərəfindən bir otağa gətirilib və orada saxlanılır.

X.İsmayıl Amerikanın Səsinə bildirib ki, əvvəlcə pasportunu yoxlayıblar. “Gömrük əməkdaşları çemodanıma çox diqqətlə baxış keçirdilər. Sonra üstümü, ciblərimi yoxladılar. Bank kartlarımı alıb yoxladılar. Hiss etdim ki, cibimdə az pul olması onları məyus etdi. Cəmi 201 dollar, 50 avro, 7 manat pulum var”.

Bundan sonra gömrük əməkdaşı jurnalistin flaş kartlarını yoxlamaq üçün almaq istəyib. “Bu zaman mən flaş kartlarımı vermədim. Mən jurnalistəm və kartlarda mənim yazılarım var. Gömrük əməkdaşları təkid edir və mən flaş kartları vermirəm. İndi deyirlər, aktlaşdırıb polisə təhvil verəcəyik. Gömrük məmuru deyir ki, şübhələnirəm, flaş kartlarda dövlətçiliyə zidd məlumatlar var. Ona görə buraxa bilmərik”, xanım İsmayıl Amerikanın Səsinə deyib.

Xatırladaq ki, Xədicə İsmayıl bu günlərdə siyasi məhbuslara azadlıq tələbi ilə keçirilən aksiyada və Strasburqda Azərbaycanda artan təzyiqlərlə bağlı dinləmələrdə iştirak etdikdən sonra onun Bakı hava limanında saxlanacağı ilə bağlı şayiələr yayılıb.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG