Accessibility links

Xədicə İsmayılın həbsi - qırmızı xətti keçdilər


Sülh və Demokratiya İnstitutunun rəhbəri Leyla Yunus və jurnalist Xədicə İsmayıl

Sülh və Demokratiya İnstitutunun rəhbəri Leyla Yunus və jurnalist Xədicə İsmayıl

Azərbaycan Milli Məclisinin keçmiş sədri Rəsul Quliyev və Milli Şuranın keçmiş lideri, tanınmış kinorejissor Rüstəm İbrahimbəyovaraşdırmaçı jurnalist Xədicə İsmayılın həbsini pisləyir.

Açıq Cəmiyyət Partiyasının lideri Rəsul Quliyev

Açıq Cəmiyyət Partiyasının lideri Rəsul Quliyev

Rəsul Quliyev Moderator.az saytına bildirib ki, prokurorluq jurnalistin tutulmasını kiminsə intihar etmə cəhdi ilə əlaqələndirir, yəni hökumət bu həbsin sifarişli olmadığını, adi məişət hadisəsi olduğunu qələmə vermək istəyir. “Ancaq Xədicə xanımın həqiqətən nə üçün həbs olunduğu nəinki Azərbaycanda, bütün sivil dünyada hamıya məlumdur. Xədicə xanımı həbs etməklə hökumət qarşısında qoyulmuş qırmızı xətti keçdi və bu həbs ona baha başa gələcək. Hələ gec deyildir, apellyasiya məhkəməsi sabah bu məsələyə yenidən baxıb 2 aylıq həbs qəti imkan tədbirini ləğv etməlidir", R.Quliyev qeyd edib.

Rüstəm İbrahimbəyov Moderator.az saytına Azərbaycandakı son hadisələri xalqın iradəsini sındırmağa yönəlik cəhd kimi qiymətləndirib.

Rüstəm İbrahimbəyov (Foto Rüstəm İbrahimbəyovun Facebook səhifəsindən götürülüb)

Rüstəm İbrahimbəyov (Foto Rüstəm İbrahimbəyovun Facebook səhifəsindən götürülüb)

“X.İsmayılın həbs xəbəri məndə böyük təəssüf doğurdu. Bu, ağlasığmaz, anlaşılmaz bir şeydir. Mən başa düşə bilmirəm ki, bu siyasət Azərbaycanı hara aparır. X.İsmayılın həbsi Azərbaycanın imicinə çox böyük zərbədir. X.İsmayıl xalqımızın görkəmli şəxsiyyətlərindən biridir. Onu uydurma ittihamla həbs ediblər. Əgər istintaq aparmaq istəyirdilərsə, istintaqlarını aparardılar. Qadın xeylağını iki aylıq dama salmaq kimə lazımdır? Bu onu göstərir ki, baş verənlər qəsdən, məqsədli şəkildə həyata keçirilir. Məqsəd isə birdir - vətəndaş cəmiyyətini, xalqın iradəsini sındırmaq”, o bildirib.

XS
SM
MD
LG