Accessibility links

Xədicə İsmayıl: Təzə nağıl fikirləşirlər


Xədicə İsmayılova

Xədicə İsmayılova

Deyəsən əvvəlki ittihamlardan bir şey çıxmadı, təzə nağıl fikirləşirlər”. Bunu Azadliq Radiosuna məktubunda Xədicə İsmayıl yazır.

Onun sözlərinə görə, prokurorluq artıq onu ittiham olunduğu iş üzrə deyil, jurnalist fəaliyyəti ilə bağlı dindirməyə başlayıb. Məhbus-jurnalist bildirir ki, indiyədək istintaqda iştirak etməyən müstəntiq Sənan Paşayev onu dindirərək, müxtəlif sənədlərə bağlı suallar verib.

“Absurd ittihamlar səsləndi, protokola yazdım ki, iddialar siyasi qərəzin və hüquqi savadsızlığın nəticəsidir” – Xədicə İsmayıl yazır.

Xədicə İsmayıl dekabrın 5-də həbs olunub. Onu Tural Mustafayev adlı şəxsi özünə qəsd həddinə çatdırmaqda ittiham edirlər.

Azadliq Radiosu bu həbsin Xədicə İsmayıldan Azərbaycan məmurlarının gizli binesini üzə çıxaran araşdırmalara görə qisas alınması kimi qiymətləndirib.

XS
SM
MD
LG