Accessibility links

Xədicə İsmayılova 3-cü ifadəsini verib


Xədicə İsmayılova
Xədicə İsmayılova

Jurnalistdən Art Garden restoranı sirlərini soruşublar

Fevralın 20-də araşdırmaçı jurnalist Xədicə İsmayılova yenidən (3-cü dəfə) Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində ifadə verib.

Jurnalist Amerikanın Səsinə bildirib ki, bu gün ondan Bakıdakı Art Garden restoranında Amerika Senatının nümayəndələrinə guya dövlət sirrini verməsi və bunun detalları barədə soruşublar.

İsmayılova hansı dövlət sirrindən söhbət getdiyi ilə bağlı sual edib.

“Məndə hansı dövlət sirri ola bilər. Dövlət sirri vəzifəli şəxslərə aiddir və onun yayılmasına görə də vəzifəli şəxslər məsuliyyət daşıyır”, o qeyd edib.

Eyni zamanda jurnalist istintaqdan Facebook-da 2011-ci ilin oktyabrında Mustafa Kozlu adlı istifadəçinin profilində müxalifət nümayəndəsinin casusluğa cəlb edilməsi ilə bağlı yayılmış materialların araşdırılmasını xahiş edib.

Xatırladaq ki, bir neçə gün öncə yerli mediada jurnalistin Amerika Senatının nümayəndələrinə bəzi müxalifət fəalları və media rəhbərlərinin Azərbaycanın məxfi orqanları və hökuməti ilə gizli əməkdaşlıq etməsi barədə siyahı təqdim etdiyi barədə məqalə dərc edilib. Məqalədə həmin şəxslərin siyahısı da verilib. Fevralın 19-da isə iqtidaryönümlü deputat Ceyhun Osmanlı İsmayılovanın restoranda senatın nümayəndələri ilə danışığının lent yazısını prokurorluğa təqdim etdiyini bildirib. Prokurorluq da Osmanlının təqdim etdiyi lent yazısının araşdırılacağını bəyan edib. Jurnalist senatın nümayəndələri ilə restoranda görüşdüyünü təsdiq edib, ancaq siyahı barədə yazılanların böhtan olduğunu bildirib.

“Məndə belə siyahı olsa idi, onu ilk öncə Azərbaycan vətəndaşlarına təqdim edərdim. Çox maraqlı xəbər olardı” , o qeyd edib.

Xədicə İsmayılova fevralın 21-də saat 16-da yenidən ifadə vermək üçün istintaqa dəvət edilib.

Jurnalist fevralın 17-də Facebook-da Milli Təhlükəsizlik Nazirliyinin (MTN) xidməti fəaliyyətinə aidliyi ehtimal edilən material yerləşdirib. Materialda MTN-nin müxalifət partiyalarına casus yerləşdirməsindən bəhs edilir.

Faktla bağlı Cinayət Məcəlləsinin 284.2-ci (dövlət sirrini yayma ağır nəticələrə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.

Jurnalistin yaydığı material 2011-ci ilin oktyabrında Mustafa Kozlu adlı istifadəçinin profilində də yayılıb.

Xədicə İsmayılova Azərbaycanın yüksək vəzifəli şəxsləri və onların ailə üzvlərinin qanunsuz biznesləri və mülkləri ilə bağlı araşdırma yazıları dərc etdikdən sonra davamlı təzyiqlərlə üzləşib. Onun yaşadığı evə gizli kamera yerləşdirilib, 2012-ci ilin martında şəxsi həyatı ilə bağlı video yayılıb. Bundan sonra jurnalistin şəxsi həyatına müdaxilə ilə bağlı cinayət işi başlanıb. Hələ də istintaqın hansı nəticələrə gəlməsi barədə məlumat yoxdur.

Bununla yanaşı, İsmayılova inzibati qaydada da cərimə olunub. Cərimənin qanunsuz olduğunu bildirən jurnalistin məcburi əməyə cəlb edilməsi barədə qərar qəbul edilib.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG