Accessibility links

Xədicə İsmayılovanın “Yeni Azərbaycan” qəzetinə qarşı iddiası


Xədicə İsmayılova

Xədicə İsmayılova

İddiaya Bakının Səbayel rayon məhkəməsində baxılır. Vəkilin sözlərinə görə, qəzetin 13 mart və 20 mart tarixli buraxılışlarında jurnalistin şərəf və ləyaqətini ləkələyən yazılar dərc edilib.

İyulun 31-də Səbayel rayon məhkəməsində hakim Nurəddin Bağırovun sədrliyi ilə “Azadlıq” radiosunun əməkdaşı Xədicə İsmayılovanın “Yeni Azərbaycan” qəzeti və qəzetin baş redaktoru Hikmət Babaoğluna qarşı iddiasına baxılıb.

Vəkil Fariz Namazlının sözlərinə görə qəzetin 13 mart və 20 mart tarixli buraxılışlarında jurnalistin şərəf və ləyaqətini ləkələyən yazılar dərc edilib. Vəkil həmin yazılara görə təkzib verilməsi və üzr istənilməsini, həmçinin 2000 AZN təzminat ödənilməsini tələb etdiklərini bildirib.

“Yeni Azərbaycan” qəzetinin baş redaktorunun müavini Aqşin Hümbətov isə məqalədəki fikirlərlə bağlı konkret mənbələr göstərildiyini, o cümlədən baş redaktor Hikmət Babaoğlunun Xədicə İsmayılovanın şəxsi həyatını əks etdirən videogörüntülərin sosial şəbəkələrdə yayılmasını pisləyən bəyanat verdiyini deyib.
Məhkəmə prosesi avqustun 9-da saat 15-də davam edəcək.
XS
SM
MD
LG