Accessibility links

"The New York Times" Mehriban Əliyevanın UNESCO xoşməramlı səfir titulundan məhrum edilməsinə çağırdı


Azərbaycanın birinci xanıımı Mehriban Əliyevaya verilən "xoşməramlı səfir" titulu UNESCO-ya başucalığı gətirmir. O, həmin tituldan dərhal məhrum edilməldir.

Bu barədə The New York Times qəzetinin “Birinci Xanım və Məhbus Jurnalist” adlı baş məqaləsində yazılıb.

Xədicə İsmayılova prezident İlham Əliyev və onun ailəsinin məxfi maliyyə vəsaitlərinə dair informasiya aşkarladıqdan sonra ədalətsiz məhkəmədə yeddi ildən çox həbs cəzasl alıb.

Redaktorlar toplumunun yaydığı məqalədə AzadlıqRadiosunun jurnalisti Xədicə İsmayılovanın qondarma ittihamlarla həbsə salınmasından və bunun arxasında duran səbəblərdən bəhs edilir.

“Xədicə İsmayılova prezident İlham Əliyev və onun ailəsinin məxfi maliyyə vəsaitlərinə dair informasiya aşkarladıqdan sonra ədalətsiz məhkəmədə yeddi ildən çox həbs cəzasl alıb,” məqalədə deyilir. “Atasını prezident kürsüsündə 2003-cü ildə əvəzləyən İlham Əliyev ötən illərdə daha avtoritar kurs götürüb.”

The New York Times vurğulayır ki, Panama Sənədlərində üzə çıxanlar Xədicənin prezident haqda yazdıqlarının nə dərəcədə dürüst olduğunu göstərir.

Xədicə İsmayılın anası 2016-cı il Guillermo Cano Dünya Mətbuat Azadlığı Mükafatını qəbul edərkən

Xədicə İsmayılın anası 2016-cı il Guillermo Cano Dünya Mətbuat Azadlığı Mükafatını qəbul edərkən

Redaktorlar hələ həbsindən öncə Xədicənin Azərbaycan hökuməti tərəfindən mütəmadi qaydada təzyiqlərə və təhdidlərə məruz qaldığını yazır.

Hazırda insan haqları vəkili Amal Clooney-nin azərbaycanlı jurnalisti təmsil etdiyini bildirən məqalə beynəlxalq liderləri Azərbacan hökumətinə Xədicəni və başqa siyasi məhsbuları azad etmək üçün təzyiq göstərməyə çağırır.

Başa düşülməyəni odur ki, UNESCO təmsilçiəri mükafatın təltif olunması mərasimində Xədicənin dərhal azadlığa buraxılmasına çağırmayıblar.

The New York Times-n sorğusuna cavab verən UNESCO sözçüsü Corc Papagiannis təmsil etdiyi təşkilatın hazırda xoşməramlı səfirlərin siyahısını nəzərdən keçirdiyini, kimi orada saxlayıb-saxlamayacağına qərar verəcəyini bildirib.

“Başa düşülməyəni odur ki, UNESCO təmsilçiəri mükafatın təltif olunması mərasimində Xədicənin dərhal azadlığa buraxılmasına çağırmayıblar."

“BMT baş katibliyi vəzifəsinə namizəd kimi nəzərdən keçirilən hazırkı UNESCO baş direktoru İrina Bokova üçün bunu etmək hələ də gec deyil,” The New York Times redaktorları məqaləni tamamlayır.

XS
SM
MD
LG