Accessibility links

Qərarı Binəqədi rayon məhkəməsi verib

Araşdırmaçı-jurnalist Xədicə İsmayıl 400 manat cəriməni ödəməkdən imtina etdiyi üçün 220 saatlıq ictimai işlərə cəlb olunacaq.

Bu barədə iyunun 10-da Bakının Binəqədi rayon Məhkəməsi qərar verib.

Xədicə İsmayıl qərardan apellyasiya şikayəti verəcəyini söyləyir.
Jurnalist 26 yanvar aksiyası zamanı cərimələnmişdi.

Ədliyyə Nazirliyinin Məhkəmə Qərarlarının İcrasına Nəzarət İdarəsi cəriməni ödəməkdən imtina etdiyi üçün Xədicə İsmayılı məhkəməyə vermişdi.

Xədicə İsmayıl “Azadlıq” radiosunun əməkdaşıdır. İqtidar və Azərbaycan rəhbərlərinin biznes fəaliyyəti ilə bağlı çoxsaylı araşdırmaların müəllifidir. Jurnalist bundan öncə təqiblərlə üzləşib.

Mövzuya uyğun

XS
SM
MD
LG