Accessibility links

Azad Avropa/Azadlıq Radiosunun prezidenti Xədicə İsmayılovaya qarşı təzyiqləri pisləyib


jurnalist Xədicə İsmayılova

jurnalist Xədicə İsmayılova

Jurnalist bu gün də ifadə verib və fevralın 20-də yenidən ifadə vermək üçün dəvət edilib

Azad Avropa/Azadlıq Radiosu şirkətlər qurpunun prezidenti Kevin Klose Xədicə İsmayılovaya qarşı Azərbaycanda baş verən təzyiqləri pisləyib. Bu barədə Azadlıq radiosunun məlumatında deyilir.

"Hökumətpərəst media tərəfindən dissidentlərin və müstəqil söz sahiblərinin şpionajda ittiham olunması Sovet dövründə geniş yayımış bir hadisə idi. Təəssüf ki, keçmiş Sovet ölkələrində biz hələ də belə halları görürük. Xədicə İsmayılovaya qarşı sonuncu ittihamlar cəfəng olmaqla yanaşı, həm də təhlükəlidirlər" - deyə Klose bildirib.

O əmindir ki, bu ittihamlar siyasi motiv daşıyır və jurnalistin təqib olunması məqsədilə uydurulub.

***
"Azadlıq” radiosunun Azərbaycan xidmətinin əməkdaşı Xədicə İsmayılova yenidən fevralın 20-də istintaqa çağırılıb.

Jurnalisrt Amerikanın Səsinə bildirib ki, müstəntiq ona ölkəni və Bakını tərk etməzdən əvvəl istintaq orqanını xəbərdar etməsini deyib.

Jurnalistin dövlət sirrini yayması faktı üzrə Cinayət Məcəlləsinin 284.2-ci maddəsilə cinayət işi qaldırılıb.

Onu vəkili Elton Quliyev müdafiə edir.

İlkin dindirilmə fevralın 18-də Baş Prokurorluğun Ağır Cinayətlərə dair İşlər üzrə İstintaq İdarəsində olub.

X.İsmayılova öz “Facebook” səhifəsində guya məxfi deyilən sənədin foto-surətini yayıb. Həmin sənədin dövlət sirrini əhatə etdiyi iddia olunur və bu əsasda fakt üzrə cinayət işi qaldırılıb, jurnalist istintaqa cəlb edilib.
XS
SM
MD
LG