Accessibility links

Müsavat Partiyası Xədicə İsmayılın həbsini pisləyir


Xədicə İsmayılova
Xədicə İsmayılova

Müsavat Partiyası Xədicə İsmayılın həbs edilməsinin əslində onun hakim ailənin biznes əlaqələrinin tədqiqi ilə əlaqədar olduğunu və hakimiyyətin azad sözə qarşı dözümsüzlüyünü bəyan edərək, bu qanunsuzluğu pisləyir və jurnalistin dərhal həbsdən azad olunmasını tələb edir. Bu barədə Müsavat Partiyasının bəyanatında deyilir.

Sənəddə deyilir ki, 2014-cü ilin əvvəllərində facebook sosial şəbəkəsində Milli Təhlükəsizlik Nazirliyinin xidməti fəaliyyətinə aid olduğu ehtimal edilən material yaydığına görə “Azadlıq” radiosunun əməkdaşı, jurnalist Xədicə İsmayıl barəsində Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində ona qarşı Cinayət Məcəlləsinin 284.2-ci (dövlət sirrini yayma) və digər maddlərlə ilə cinayət işinə başlanması haqqında məlumatlar yayılıb.

“Zaman-zaman bu işlə əlaqədar X.İsmayıla qarşı müxtəlif təqib və təzyiqlərə yol verilməsi faktları olsa da, məhz Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin son yazısından sonra Azərbaycanın hüquq-mühafizə orqanlarının yeni bir cinayət uyduraraq jurnalist X.İsmayılı 125-ci maddə (özünü öldürmə həddinə çatdırma) ilə həbs etməsi Azərbaycanın qanunlarla deyil, tapşırıqlarla idarə olunduğunu bir daha təsdiqləyir”, bəyanatda qeyd edilir.

Xədicə İsmayıl barəsində bu gün Səbael rayon məhkəməsi iki ay həbs qətimkan tədbiri seçib.

XS
SM
MD
LG