Accessibility links

Şəkidə “Xədicəni azad et!” plakatları


Şəkidə "Xədicəni azad et!" şüarı (Foto azadliq.info saytından götürülüb)

Şəkidə "Xədicəni azad et!" şüarı (Foto azadliq.info saytından götürülüb)

Şəki şəhərində (Bakidan 352 kilometr şimal-qərb) beynəlxalq təşkilatlar tərəfindən vicdan məhbusu kimi tanınmış, jurnalist Xədicə İsmayıla azadlıq tələb edən plakatlar yayılıb.

"Xədicəni azad et!" şüarı (Foto Khadica İsmayil-ın Facebook səhifəsindən götürülüb)

"Xədicəni azad et!" şüarı (Foto Khadica İsmayil-ın Facebook səhifəsindən götürülüb)

Azadliq qəzeti bildirir ki, Facebook-da paylaşılan məlumata görə şəhərin bütün avtobus dayanacaqlarına, dövlət idarələrinin və bələdiyyənin binasına Azərbaycan və İngilis dillərində “Xədicəni azad et!” şüarı yazılan plakatlar yapışdırılıb.

Plakatları kimlərin yapışdırdığı məlum deyil. Bu barədə hər hansı təşkilat və rəsmi qurum da məlumat yaymayıb.

Xədicə İsmayıl dekabrın 5-də həbs olunub. Məhkəmə Tural Mustafayev adlı şəxsi özünü öldürməyə cəhd həddinə çatdırmaqda ittiham edilən Xədicə İsmayıl barəsində 2 aylıq həbs qətimkan tədbiri seçib.

XS
SM
MD
LG