Accessibility links

Həbsdə olan jurnalist Xədicə İsmayıl bir günlük karserə (cəza kamerası) salınıb, onun kamerasında yoxlama aparılıb. Bu barədə vəkil Yalçın İmanov Amerikanın Səsinə bildirib.

Vəkilin sözlərinə görə, həbsxana əməkdaşları jurnalistin cəzalandırılmasını onun məqaləsinin mətbuatda yayılması ilə izah edirlər.

İmanov hadisənin ötən həftənin sonunda baş verdiyini bildirib.

“Xədicə deyir ki, karser elə də dəhşətli yer deyil. Orada olduğu müddətdə bir kitabı oxuyub bitirib. Deyir ki, kameradan fərqli olaraq, karserdəki pəncərənin qarşısında ağac var. Bu təbiət mənzərəsini görməkdə yardımçı olduqlarına görə təcridxana rəhbərliyinə təşəkkür edir. Karserdən buraxılandan bir gün sonra isə kamerasında axtarış aparılıb. Bütün qeydlərini götürüblər".

Onun sözlərinə görə hazırda da jurnalistin vəkilləri ilə görüşü ciddi nəzarət altında həyata keçirilir.

XS
SM
MD
LG