Accessibility links

Apellyasiya məhkəməsi Xədicə İsmayılı həbsdə saxlayıb


Xədicə İsmayıl

Xədicə İsmayıl

Fevralın 6-da Bakı Apellyasiya Məhkəməsində hakim Mirpaşa Hüseynovun sədrliyi iləaraşdırmaçı jurnalist Xədicə İsmayıl barəsində həbs qətimkan tədbirinin uzadılması ilə bağlı Səbael Rayon Məhkəməsinin qərarından verilmiş apellyasiya şikayətinə baxılıb.

Vəkil Yalçın İmanov Amerikanın Səsinə bildirib ki, məhkəmə apellyasiya şikayətini təmin etməyib.

Vəkil bildirib ki, bu günki prosesdə jurnalistə qarşı iddia irəli sürmüş Tural Mustafayevin məhkəməyə gətirilməsi barədə vəsatət qaldırılsa da hakim vəsatəti təmin etməyib.

Öz növbəsində məhkəmədə çıxış edən jurnalist Xədicə İsmayıl həbsinin səbəbinin bir daha prezident ailəsi ilə bağlı apardığı araşdırmaların nəticəsi olduğunu deyib.

Yalçın İmanov Apellyasiya Məhkəməsinin qərarını aldıqdan sonra Avropa məhkəməsinə müraciət olunacağını deyib.

Yanvarın 27-də Səbael Rayon Məhkəməsi istintaq orqanın verdiyi vəsatəti qismən təmin edərək, jurnalist Xədicə İsmayılın həbs müddətinin 1 ay, 19 gün uzadılması barədə qərar verib.

İbtidai istintaq həbs müddətinin uzadılmasını onunla əsaslandırıb ki, iş üzrə ekspertiza rəylərinə cavab ala bilməyib və həmçinin jurnalist azadlıqda olarsa şahidlərə təsir edə bilər.

Xədicə İsmayıl ötən il dekabrın 5-də həbs olunub. O, jurnalist Tural Mustafayevin "özünü öldürmə həddinə çatdırma" iddiası ilə saxlanıb. Xədicə İsmayıl bu ittihamları rədd edərək, həbsini siyasi sifariş sayır.

AzadlıqRadiosunun rəhbərliyi bəyan edib ki, Xədicə İsmayılın həbsi onun ölkə məmurlarının gizli biznesi haqda araşdırmalarına görə hakimiyyətin qisasıdır.

Amnesty İnternational jurnalisti "vicdan məhbusu" elan edib.

XS
SM
MD
LG