Accessibility links

Mayın 15-də Nəsimi rayon Məhkəməsi araşdırmaçı-jurnalist, AzadlıqRadiosunun əməkdaşı Xədicə İsmayıl barəsində seçilmiş həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəzlənməsi barədə vəsatəti təmin etməyib. Bu barədə vəkil Fariz Namazlı Amerikanın Səsinə bildirib.

Onun sözlərinə görə, prosesdə Xədicə İsmayılın özü də iştirak edib. Fariz Namazlı məhkəmənın qərarından apellyasiya şikayəti verəcəklərini deyir.

Xədicə İsmayıl ötən ilin dekabrında Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) ittihamı ilə həbs edilib. Sonradan ona Cinayət Məcəlləsinin179.3.2 (mənimsəmə və israf etmə- külli miqdarda törədildikdə), 192.2.2 (qanunsuz sahibkarlıq), 213.1 (vergi ödəməkdən yayınma) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə yeni ittihamlar irəli sürülüb.

X.İsmayıl ittihamları rədd edir və onları siyasi sifariş sayır.

Amnesty İnternational jurnalisti “vicdan məhbusu” elan edib.

XS
SM
MD
LG